Siyasət

  • 10 030

“Azərbaycan beynəlxalq arenada öz sözünü deyə bilən dövlət statusundadır” ÖZƏL-MÜNASİBƏT

image

“Cənab Prezidentin təşəbbüsünün yüzlərlə ölkənin yekdilliklə qəbul etməsi olduqca mühüm hadisədir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Sosial Rifah Partiyası sədrinin birinci müavini Əsli Kazımova deyib.Onun sözlərinə görə, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə Görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etməsi məsələsi çox önəmlidir.“Artıq Azərbaycan beynəlxalq arenada öz sözünü deyə bilən, öz təkliflərini irəli sürə bilən, öz təşəbbüsləri ilə dünya ölkələrini birliyə və bərabərliyə səsləyən bir dövlət statusuna sahibdir. Qoşulmama Hərəkatının sədri statusunda Cənab Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın növbəti göstəricisidir.Hesab edirəm ki, pandemiya ilə mübarizə tədbirlərinin həyata keçirildiyi bir zamanda dünya ölkələri ilə mövcud durumun müzakirəsinə çox ehtiyac var. Cənab Prezidentin bu kimi həssas davranışı hər kəs tərəfindən müsbət qarşılanmaya bilməzdi. Çünki xüsusi sessiyanın keçirilməsi pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcəkdir”, deyə Əsli Kazımova bildirib.

sia.az

Digər xəbərlər