Siyasət

  • 8 259

“Azərbaycan tezliklə bu mübarizədən də qalib çıxacaq, yetər ki, məsuliyyətli olaq” Məşhur Məmmədov

image

“Qlobal pandemiya dövrünün çətinlikləri fonunda VI çağırış Milli Məclisin yaz və növbədənkənar sessiyası başa çatıb. Cari dövrün çağırışlarına cavab verən qanunvericilik fəaliyyəti ilə parlament fəaliyyət göstərdiyi vaxt ərzində ölkədə həyata keçirilən hərtərəfli islahatların, quruculuq işlərinin hüquqi bazasının daha da möhkəmləndirilməsi istiqamətində çox mühüm addımlar atdı, bir çox qanun və qərarlar qəbul etdi. Pandemiya dövrünü nəzərə alaraq xaricdəki həmkarlarımızla videokonfrans formatında bir çox görüşlər keçirildi. Bir sözlə, bu dövr ərzində müasir standartlara uyğun çoxsaylı qanun layihələri hazırlandı, qanunvericilik fəaliyyətinin daha təkmilləşdirilməsi istiqamətində çox mühüm işlər görüldü”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Məşhur Məmmədov deyib.M.Məmmədov, ən çox narahatlıq doğuran məsələ insanların karantin rejiminə əməl etməmələri nəticəsində virusa tutulanların sayının artdığını bildirib: "İnsanlarımız artıq məsuliyyətsizliyə, bəhanəyə, laqeydliyə, biganəliyə son qoymalıdır. Xüsusi karantin rejiminin şərtlərinə birmənalı və istisnasız əməl etməlidirlər. Ən vacib məsələ isə, hər kəs bir nəfər kimi, kimliyindən, sosial, siyasi mənsubiyyətindən asılı olmayaraq, Operativ Qərargahın qərarlarına, səhiyyə işçilərinin məsləhətlərinə əməl etməlidir. Ən əsas isə, hər məsələdə örnək, nümunə olan dövlət başçısı cənab İlham Əliyev cənablarının çağırışlarına riayət etməliyik”.Millət vəkili onu da vurğulayıb ki, məhz bu məsuliyyətsizliyin nəticəsidir ki, sərtləşdirilmiş karantin rejimi iyul ayının 20-dək uzadılması ilə bağlı Operativ Qərargahın qərarı zamanında alınmış tədbir kimi qiymətləndirdiyini deyib: "Cəmiyyətdi fərdi və ictimai məsuliyyət olmalıdır. Karantin rejiminin qaydalarına əməl olunmalı, maska taxmayan insanlara qarşı ictimai qınaq mexanizminin tətbiq olunmalıdır. Məhz bu gün sərt karantin qaydalarının yenidən tətbiqi o da insanların sağlamlığı üçündür. Lakin insanlarımızın məsuliyyətsizliyi, biganəliyi nəticəsində virusa tutulanların sayı artır. Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse–prezident Mehriban xanım Əliyevanın davamlı səyləri ilə vətəndaşların gözəgörünməz düşmən – virusla müharibədən az itkilərlə çıxması üçün həyata keçirdikləri sosial dəstək proqramları da xüsusi əhəmiyyət kəsb edir"."Hər bir hərəkətdə ümummilli həmrəylik birinci yerdə dayanır"-fikrini deyən millət vəkili onu da qeyd edib ki, bu həmrəylik pandemiyanın yayılma zəncirinin qırılmasında özünü göstərməli, həm də müəyyən məqamlarda nümayiş olunmalıdır: "Pandemiyaya qarşı mübarizədə xalqdan ilk növbədə tələb olunan sosial məsafənin gözlənilməsi, şəxsi gigeyinik qayadalarına riayət olunması, tibbi maskanın taxılması və evdə qalmasıdır. Belə baxanda, bu ürək açan olmasa da o qədər də çətin tələblər deyil. Əgər biz pandemiyaya qalib gəlmək istəyiriksə bu işə səbrlə yanaşmalıyıq və həmrəylik nümayiş etdirməliyik. Koronavirus pandemiyası insanlarımızın həmrəyliyik göstərməsi baxımından bir sınaq oldu. Cənab Prezident Koronavirusla Mübarizəyə Dəstək Fondu yaratdı və bu fonda dövlət büdcəsindən 20 milyon manat vəsait ayırdı. Sonra isə cənab Prezident və Birinci vitse-prezident bir illik əmək haqlarını bu fonda ianə etdi. Ardınca, ölkədə vətəndaşlarımızın böyük həmrəyliyinin şahidi olduq. İnsanlar öz maddi imkanları daxilində fonda ianələr etməkdə davam etməkdədir və bu gün fondun vəsaitləri 113 milyonu keçmişdir. Həm də sosial vəziyyəti aşağı olan ailələrə imkanlı şəxslər tərəfindən ərzaq və gündəlik tələbat mallarının yardımlarında bir həmrəyliyini gördük. Sevindirici haldır ki, xalqımız çətin anlarda birləşə bilir və vətəndaş həmrəyliyini nümayiş etdirir".M.Məmmədov, həmçinin bildirib ki, karantin rejiminin yumşaldılması laqeydliyə əsas verməməli, heç kim arxayınlaşmamalıdır: "Son günlər əhali arasında karantin rejiminin tələblərinə riayət etməyənlərin sayında artım müşahidə olunur. Küçəyə çıxan insanlar qoruyucu vasitələrdən kütləvi halda istifadə etmir, sosial məsafəni qorumur. Məhdudiyyətlər götürülsə belə, insanlar sanitar normalara əməl etməlidir. Dövlət üzərinə düşəni edib, artıq vətəndaşlar da üzərilərinə düşən qaydalara əməl etməlidir. Çünki əhali tərəfindən xüsusi karantin qaydalarına əməl edilməməsi Azərbaycanın hər bir vətəndaşının sağlamlığının qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərin səmərəliliyini təhlükə altında qoyur. Təəssüflə etiraf etməliyik ki, xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra yoluxma hallarının sayında artım müşahidə olunmağa başladı. Bu isə hökuməti ölkədə pandemiya ilə mübarizəni yenidən sərtləşdirməyə məcbur etdi. Belə ki, son həftələrdə vətəndaşlarımızın böyük bir hissəsinin müəyyən olunmuş qaydalara və təcrid tövsiyələrinə riayət etməməsi koronavirusa yoluxma sayında ciddi artım müşahidə olunmaqdadır. Faktlar və rəqəmlər vətəndaşların özünütəcrid kimi çox vacib bir tələbə əməl etmədiklərini göstərdi. Yumşalma tədbirləri o zaman səmərəli olur ki, qoyulan tələblərə əməl olunsun. Bəzi vətəndaşların xəstəliyin ciddiliyinə varmayıb ona səthi, etinasız yanaşması təcrid qaydalarının daha da sərtləşdirilməsini günün tələbinə çevirdi. Doğrudur, yenidən sərt karantin rejiminə keçid hər kəsi narahat edir. Lakin real həqiqətlə razılaşmalıyıq: müəyyən edilmiş qaydalar yalnız və yalnız əhalinin koronavirus infeksiyasına yoluxma hallarını minimima endirmək və az itki ilə çıxmaq məqsədinə xidmət göstərir. Unutmayaq ki, hər bir məsuliyyətsiz davranma, hər bir qayda pozuntusu özümüzün və ətrafımızdakı insanların həyatını risk altına atmaq deməkdir. Hər evdən çıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma deməkdir. Və bizlər, hər kəs göstərilən qaydalara riayət edərək dövlətimizin bu sahədəki siyasətinə dəstək olmalıyıq. Elə cənab Prezident İlham Əliyevin 3 iyun 2020-ci il tarixində Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi əslində hər birimizə nümunədir. Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qaydalara riayət etməli, başqalarını da bu işə sövq etməli, xüsusi karantin rejiminin qaydalarına əməl etməyənlərə məsləhətlər verməli, qınaq etməlidir. Hər bir kəs belə şəxsləri başa salmağa çalışmalıdır ki, pandemiya vəziyyəti hələdə davam etdiyindən, virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir. Bununla təkcə özümüzü yox, yaxınlarımızı yox, bütövlükdə cəmiyyətimizi qoruyacağıq.Ölkə başçısının da qeyd etdiyi kimi, hər birimiz güclü olaraq bir yerdə bu virusun öhdəsindən gələcəyik. Mən ümidlə baxıram ki, Azərbaycan tezliklə bu mübarizədən də qalib çıxacaq. Yetər ki, məsuliyyətli olaq və qaydalara əməl edək".

sia.az

Digər xəbərlər