Siyasət

  • 13 637

Türkiyə Azərbaycanın maraqlarını müdafiə etməyə hər zaman hazırdır - MÖVQE ÖZƏL

image

"Məsələ burasındadır ki, Türkiyə də aparıcı dövlətlərin siyasi addımlarından bezib. Uzun illər ərzində Türkiyəni Avropa İttifaqına qəbul etmək üçün müxtəlif şərtlər qoyurdular. Türkiyə ABŞ münasibətlərində hazırda gərginlik dövrü yaşanır. F-35 raketlərinin Türkiyəyə verilməsi ilə əlaqədar problemlər yaşandı və bundan sonra Türkiyə Rusiyadan S-400-ləri tədarük etmək məcburiyyətində qaldı. Bir sıra bu kimi problemlərin yaşanmasına baxmayaraq Türkiyə hər zaman Azərbaycanın yanında olub". Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.Onun sözlərinə görə, Türkiyə həm siyasi, həm mənəvi, həm hərbi-texniki baxımından Azərbaycana dəstək verir: "İndi də iki ölkənin birgə hərbi təlimlərin keçirilməsi münaqişə mənasına gəlmir. Əlbəttə ,təlimlər düşmənlərimizə bizim tək olmadığımızı işarə edir. Siz kimləsə təlim keçirəndə biz buna ciddi reaksiya vermək əvəzinə, öz müttəfiqlərimizlə təlimlər keçiririk. Burada başqa bir məqamı da qeyd etmək yerinə düşər. Çünki Naxçıvan üçün də ermənilər tərəfdən müəyyən təhlükələr yaranmışdı. Naxçıvan anklav bir regiondur. Türkiyəni təlimlərə, hərbi-texnikanı nümayiş etdirməyə vadar edən ciddi səbəblərdən biri də məhz budur".F.Sadıqov bildirib ki, Türkiyə hər zaman Azərbaycanın maraqlarını müdafiə etməyə, dəstək olmağa hazır olan bir dövlətdir: "Yeganə qardaş, müttəfiq dövlətdir ki, həmişə bizim maraqlarımızı müdafiə edir və bundan sonra da edəcək. Bunu Türkiyənin həm Prezidenti, həm Müdafiə naziri, həm XİN naziri dəfələrlə çox açıq şəkildə bəyan ediblər. Ona görə, Ermənistan bütün bunları görərək özü üçün müəyyən nəticə çıxarsın. Bizim torpaqlarımız işğal altındadır və Ermənistan heç bir addım atmaq istəmir. Belə olan halda təbii ki, biz öz müttəfiqlərimizə müraciət edə bilərik və elə bu hərbi təlimlər bunun bariz nümunəsidir".

sia.az

Digər xəbərlər