Siyasət

  • 5 816

"Ermənistandakı hakimiyyət bu gün siyasi böhran içindədir" ÖZƏL-MÖVQE

image

“Prezident İlham Əliyev son açıqlamaları ilə Azərbaycanın mənasız danışıqları davam etdirmək niyyətində olmadığını bildirdi. Təəssüf ki, Ermənistanın baş naziri Nikol Paşinyan öz məsuliyyətsiz bəyanatları və davranışları ilə danışıqlar prosesini çıxılmaz duruma gətirdi. Bir tərəfdən ATƏT-in Minsk Qrupunun münaqişənin həllində tutduğu qətiyyətsiz mövqe, digər tərəfdən Ermənistan baş nazirinin işğalçı rejimi açıq dəstəkləməsi, Dağlıq Qarabağa qanunsuz səfərlər edərək orada müharibə çağırışları etməsi artıq Azərbaycanın öz torpaqlarını müharibə yolu ilə işğaldan azad etməkdən başqa bir yol qoymur”. Bunu SİA-ya Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.Onun sözlərinə görə, Ermənistandakı hakimiyyət bu gün siyasi böhran içərisindədir, ölkədə baş qaldıran sosial-iqtisadi problemlərdən əhalinin diqqətini yayındırmaq üçün cəbhə bölgəsində təxribatlara əl atır: “Tovuz döyüşlərindən sonra dünyadakı erməni diasporu bizim diasporumuz qarşısında məğlub durumda qaldı, Ermənistanın işğalçı mahiyyəti dünyaya bir daha məlum oldu. Bütün dünya və regionda dəstəyini itirən və daxili problemlər içərisində çabalayan işğalçı dövlət artıq panika vəziyyətindədir, ona görə davamlı şəkildə Azərbaycana qarşı hərbi təxribatlara əl atır. İnanıram ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əmri ilə milli ordumuz bu təxribatların cavabını qısa zamanda verərək torpaqlarımızı işğaldan azad edəcək. Bu gün Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün bütün maddi texniki və hərbi resursları var. Ölkə başçısının bir çağırışı ilə minlərlə insan orduya yazıldı. Cənab Prezident hər zaman sülhpərvər siyasət yürüdüb, münaqişənin sülh yolu ilə həllinə çalışıb, lakin görünür düşmən sülh yolu ilə bu münaqişənin nizamlanmasını istəmir”.

sia.az

Digər xəbərlər