Siyasət

  • 5 046

YAP Goranboy rayon Gənclər Birliyinin könüllüləri Qızılhacılı qəsəbəsində düşmən hücumundan zərər görmüş şəxsləri ziyarət ediblər

image

YAP Goranboy rayon Gənclər Birliyinin könüllüləri Goranboy rayonunun Qızılhacılı qəsəbəsində erməni terrorçularının mülki əhaliyə atdığı raket zərbələrindən zərər görmüş şəxləri ziyarət ediblər. Könüllülər zərərçəkənlərin evlərində olub və dağıntıların təmizlənməsində sakinlərə kömək ediblər.Bundan başqa könüllülər işğaldan azad olunmuş şəhər, qəsəbə və kəndlərin adları əks edilmiş siyahını əhaliyə paylayıblar.

yap.org.az

Digər xəbərlər