Siyasət

  • 5 076

“Yeganə doğru qərar, hakimiyyəti təhvil verməkdir” Sergey Ambarsumyan

image

Tanınmış rus-erməni iş adamı, “Monarch” Şirkətlər Qrupunun baş direktoru Sergey Ambarsumyan Ermənistan Respublikasının baş naziri Nikol Paşinyana məktub ünvanlayıb. SİA Ermənistana məxsus hayeli.am saytına istinadən xəbər verir ki, həmin məktubu NEWS.am saytı əldə edib.Ermənistanın baş nazirinə ünvanlanan məktubda Şirkətlər Qrupunun baş direktoru Nikol Paşinyana hakimiyyəti təhvil verməsi, kiməsə ötürməsi barədə tövsiyyələr edib. Məktubda bildirilir ki, 2018-ci ildə erməni xalqı onu hakimiyyətə gətirmək üçün deyil, əvvəlki hakimiyyət rejimini devirmək üçün küçə və meydanlara çıxmışdı və bu meydanlardakı vədlərinə görə kütlə ona inanıb. Qeyd olunur ki, bütün ermənilər indi demək olar ki, ümidsiz, mütləq böhran içində, hətta son həddə olduqlarını görürlər və bunu baş nazir inkar edə bilməz.Məktubda erməni baş nazirinə xatırladılır ki, hər hansı bir böhran, mövcud olan bütün mənbələri birləşdirə bilən, yeganə doğru qərarları tez bir zamanda qəbul edə bilən, tənəzzülü dayandıran, vəziyyəti sabitləşdirmək üçün doğru qərarlar verə bilən idarəçi tərəfindən aradan qaldırılır. Onun diqqətinə çatdırılır ki, bu vəziyyətdə yeganə düzgün qərar, hakimiyyəti ən qısa müddətdə bu cür böhranları aradan qaldıra bilən insana ötürməkdir. Bildirilir ki, Ermənistanın indi üzləşdiyi problemləri Nikol Paşinyanın həll edə bilməyəcəyi tamamilə aydındır və bu çağırışın məqsədi çıxılmaz vəziyyətdən çıxış yolu tapmaqdır.

sia.az

Digər xəbərlər