Siyasət

  • 6 269

YAP Ermənistanın varvarlığı barədə dünya ictimaiyyətinə növbəti müraciət ünvanladı

image

"Dünən Yeni Azərbaycan Partiyası növbəti dəfə dünyanın bir çox ölkələrinin deputatlarının, aparıcı siyasi partiya rəhbərlərinin, ictimai xadimlərinin, mətbuat rəhbərlərinin, elm nümayəndələrinin, tanınmış ziyalılarının (ümumən 800-dən çox şəxs) elektron ünvanlarına növbəti dəfə müraciət göndərdi". Bunu özünün facebook səhifəsində Milli Məclisin deputatı, YAP İcra Katibliyinin siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə yazıb.Millət vəkili qeyd edir ki, müraciətdə həmin şəxslərə Ermənistanın işğal edilmiş Azərbayan böllgəsi Kəlbəcərdən qoşunlarını çıxararkən təbiətə qarşı ekoloji terror törətdiyi, meşələri yandırdığı, ərazilərə ölmüş heyvan leşləri yerləşdirdiyi, evləri yandırdıqları, tarixi abidələri, məktəb və digər ictimai binaları dağıtdıqları barədə məlumat verilir: "Məlumata həmçinin Ermənistanın varvarlığını sübut edən şəkillər də yerləşdirilib"

sia,az

Digər xəbərlər