"Qələbəmizə nə Fransa, nə də digər dövlətlər kölgə sala bilməz" - Arzu Nağıyev

Hərbi əməliyyatların aktiv fazası dövründə Fransa parlamentinin bir qrup üzvü Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək işğal olunmuş ərazilərdə yaradılmış qanunsuz rejimin nümayəndələri ilə görüş keçirmiş və bu səfəri Fransanın qondarma “Artsaxla” həmrəyliyinin göstəricisi kimi qələmə vermişlər. SİA-nın məlumatına görə, bunu Milli Məclisin deputatı Arzu Nağıyev parlamentin bu gün keçirilən iclasında deyib.Deputat bildirib ki, yuxarıda qeyd olunan addımlar və bəyanatlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş və beynəlxalq hüquq, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüquq, BMT nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktına ziddir.Deputat vurğulayıb ki, həmsədrlərin 23 mart 1995-ci il tarixində qəbul edilmiş mandatına əsasən, Fransa öz fəaliyyətində ATƏT-in norma və prinsiplərini, BMT-nin Nizamnaməsini, ATƏT çərçivəsində qəbul olunmuş qərarları, o cümlədən ATƏT Nazirlər Şurasının 24 mart 1992-ci il tarixli qərarlarını və xüsusilə Budapeşt zirvə görüşünün Qərarını və müvafiq qaydada BMT Təhlükəsizlik Şurasının qətnamələrini rəhbər tutmalıdır:“Fransa tərəfindən beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının qətnamələri və ikitərəfli hüquqi çərçivənin pozulması və vasitəçiliyin prinsip və qaydalarının heçə sayılması hətta ən yüksək siyasi səviyyədə açıq şəkildə anti-Azərbaycan mövqeyinin ifadə edildiyini nəzərə alaraq təklif edirəm ki, vasitəçi olaraq Fransaya öz etimadsızlığını bəyan edək və Fransa ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsinə təyin edilməsi ilə bağlı verdiyi razılığı geri götürsün. Bir sözlə Azərbaycan Fransa ilə bu qisimdə hər hansı bir təmasdan imtina etməlidir.Şəhidlərimizin qanı bahasına başa gələn Qələbəmizə nə Fransa, nə də digər dövlətlər kölgə sala bilməz. Fransanın cəhdləri yolverilməzdir”.

sia.az