Siyasət

  • 4 912

"Rusiya və Ermənistan burada hərbiçilərin qalmasında maraqlıdır" ÖZƏL-MÖVQE

image

“Rusiya sülhməramlı qüvvələrinin nəzarət etdiyi ərazilərdə erməni hərbi birləşmələri qalmaqdadır və Xocavənd rayonu ərazisində Azərbaycan əsgəri ilə erməni silahlısı arasında 100 metrə kimi məsafə var". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.Politoloqun sözlərinə görə, Xocavənd rayonunun erməni nəzarətində olan kəndində hər iki tərəfin postları var: "Burada silahlı erməni əsgərləri Azərbaycan əsgəri ilə üzbəüz mövqedə dayanır. Əvvəlki vaxtdan fərqli olaraq səngərdə deyil, bir-birlərini açıq müşahidə edirlər, sərbəst fəaliyyət göstərirlər. Bu, təmas xətti adlanır. Üçtərəfli bəyannamədə olduğu kimi bu ərazilərdən erməni silahlı birləşmələri tam çıxarılmalıdır. Rusiya və Ermənistan burada hərbiçilərin qalmasında maraqlıdır. Azərbaycan bu əsgərlərin çıxarılmasına nail olacaq. Yoxsa, bu növbəti silahlı qarşıdurmaya və təhlükəsizliyi təhdud edəcək. Ermənistan əsgərinin orada olması qanunsuz və sabitliyi pozmağa xidmət edəcək. Rusiya burada sülhməramlı qüvvələrini yerləşdirirsə, erməni silahlıları nəyə lazımdır?! Rusiya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini Türkiyə ilə birgə Azərbaycan qəti tələb edəcək. Bu, proseslərin stabil davam etməsinə mane ola bilər. Bir müddətdən sonra Xankəndi, Xocavənd və Ağdərədə de-fakto nəzarətimizə keçəcək. Regional şərtlər lehimizə işləyir".

sia.az

Digər xəbərlər