Siyasət

  • 3 358

Azərbaycanın G20-də iştirakı ölkəmiz üçün böyük siyasi və iqtisadi əhəmiyyət daşıyır - ŞƏRH ÖZƏL

image

"G20 Böyük iyirmilikdə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin iştirak etdiyi dünyanı narahat edən dövrün çağırışlarını müzakirə edilən beynəlxalq platformadır. Bu platformada böyük iqtisadi gücə malik və dünya iqtisadiyyatı və siyasətində yeri, rolu və söz sahibi olan ölkələr iştirak edir. Ümumilikdə G20 Zirvə toplantısında iştirak edən ölkələrin əhalisi dünya əhalisinin 60%-ni, iqtisadiyyatı isə dünya ÜDM-in 80%-ni təşkil edir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.Deputatın sözlərinə görə, belə mega beynəlxalq təşkilata Azərbaycanın dəvət alması ölkəmizin dünyada olan nüfuzun göstəricisi hesab edirəm: "Oktyabrın 30-31-də Romada keçiriləcək G20-nin Zirvə toplantısında ölkəmiz iştirak edəcək. Azərbaycan dünya xəritəsində ərazicə o qədər böyük ölkə olmasa da, dünyada tutduğu mövqeyinə, iqtisadi inkişaf tempinə və beynəlxalq arenada baş verən proseslərə verdiyi töhfələrinə görə dünyanın ən böyük ölkələri ilə bir sırada dayanır. Azərbaycan dünyada son illər beynəlxalq əhəmiyyət daşıyan böyük regional layihələrinin təşkilatçısı və iştirakçısı olan çox az ölkələrdəndir. Həm də Azərbaycanı dünyada söz sahibi olan ölkə kimi tanıyırlar. Noyabrda əldə etdiyimiz qələbə ölkəmizi dünya siyasətində daha böyük zirvəyə qaldırıb".A.Badamov vurğulayıb ki, bu il keçiriləcək G20 Zirvə toplantısının gündəliyində İnsanlar, Planet, Rifah deyə üç başlıqda ifadə olunan dayanıqlı və bərabər inkişaf, ətraf mühitin mühafizəsi, yeni təhlükələrin qarşısını almaq kimi məsələlər müzakirə olunacaq: "Zirvə toplantısına BMT-nin və Avropa İttifaqının və əsas maliyyə təsisatların dəvət alması, bu, müəyyən məsələlərin müzakirəsində Azərbaycana yeni imkan deməkdir. Azərbaycan açıq ölkədir və belə beynəlxalq təşkilatlarda iştirakımız ölkəmizin təqdimatı üçün platformadır. Azərbaycan torpaqlarını işğaldan azad etdiyi torpaqlarına yenidən həyat qaytarmalı, dayanıqlı sülhə nail olmalıdır. Ölkəmiz həm də yeni regional layihələr reallaşdıracaqdır. G20 Zirvə toplantısında iştirakımız müəyyən dairələrlə müzakirələrin aparılması üçün də imkan hesab edirəm. Azərbaycanın G20-də iştirakı ölkəmiz üçün böyük siyasi və iqtisadi əhəmiyyət daşıyır".

sia.az

Digər xəbərlər