İlk öncə şəhidin məzarı önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Anım tədbirində Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, rayon təşkilatı aparatının məsləhətçisi Altun İbrahimov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun məsləhətçisi Natiq Rəsulov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov, Bakıxanov bələdiyyəsinin sədri Ruhin Orucov, şəhidin ailə üzvləri, qəsəbə sakinləri iştirak ediblər.
Anım tədbirində çıxış edənlər onun həyat yolundan, Vətən naminə göstərdiyi qəhrəmanlıq nümunələrindən danışıblar. Bildirilib ki, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi xalqımız tərəfindən daim ehtiramla yad edilir.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Əkbər Hüseynov 11 iyul 2000-ci ildə Bakı şəhərində anadan olub. 2007-2018-ci illərdə orta təhsilini Bakı şəhəri, Sabunçu rayonu T.Firuzoğlu adına 252 nömrəli məktəb-liseydə alıb. Əkbər Hüseynov 2020-ci il sentyabrın 29-da Talış kəndi istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə "Vətən uğrunda", “Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.