YAP Saatlı rayon təşkilatının 2020-ci ilin yekunları üzrə hesabat yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn hesabat yığıncağı keçirilib. Tədbirdə rayon təşkilatının Şura üzvləri, ərazi ilk partiya təşkilatıının sədrləri iştirak ediblər.

Yığıncaqda YAP İcra Katibliyinin şöbə müdiri, Milli Məclisin deputatı Aydın Hüseynov, Milli Məclisin deputatı Əziz Ələkbərov, Saatlı rayon İcra Hakimiyyətinin başçısının müavini Gündüz Səmədli, YAP İcra Katibliyinin məsul işçisi Həsən Daşdəmirov iştirak ediblər.
YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev tədbirdə hesabat məruzəsi ilə çıxış edib. ən Lütvəli Şıxəliyev bildirib ki, rayon təşkilatı partiyanın Nizamnamə və Proqram tələbləri, YAP İcra Katibliyinin tapşırıq və tövsiyylərinə uyğun Tədbirlər Planına əsasən fəaliyyət göstərib. Rayon təşkilatı ərazi ilk partiya təşkilatları ilə əlaqələri genişləndirib, ilk təşkilat sədrləri ilə görüşlər keçirilib. Hesabat ilində partiya sıralarına 119 nəfər qəbul edilib. Hazırda rayon təşkilatının üzvlərin sayı 11141 nəfərdir. Onlardan 3798 nəfəri (34,1%) qadınlar, 4259 nəfəri isə (38,2%) gənclərdir. Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatı rayonun bütün yaşayış məntəqələrini əhatə edən 70 ərazi ilk partiya təşkilatını birləşdirir.
YAP İcra Katibliyinin şöbə müdiri, Milli Məclisin deputatı Aydın Hüseynov, YAP İcra Katibliyinin məsul işçisi Həsən Daşdəmirov, Milli Məclisin deputatı Əziz Ələkbərov, rayon təşkilatının NTQ-nin üzvü Vüqar Astanov, rayon Qadınlar Şurasının sədr müavini Mehriban Ağayeva, rayon təşkilatının Şura üzvü Vüqar Məmmədov çıxış edərək ötən dövrdə görülmüş işlərdən, əldə olunmuş uğurlardan, Vətən Müharibəsində Azərbaycan Ordusunun Şanlı qələbəsindən böyük qürür və fərəh hissi ilə danışıblar.
Yığıncaqda Vətən Müharibəsində arxa cəbhədə fəallıq göstərən bir qrup partiya üzvlərinə təşəkkür elan olunub.
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və qarşıdakı dövr üçün Fəaliyyət Proqramı müəyyənləşdirilib.

yap.org.az