Siyasət

  • 2 696

Əziz Ələkbərli: 15 iyunda Şuşada gerçək bir tarix yazıldı

image

“15 iyun 1993-cü ildə Azərbaycan dövlətçiliyinin xilasının əsası qoyulmuşdusa, 15 iyun 2021-ci ildə Şuşada imzalanan Bəyannamə ilə Azərbaycanın gələcəkdə dünyanın lider dövlətlərindən birinə çevrilməsi iddiasının təməli qoyuldu”.

Bu fikirləri “Yeni TV”nin canlı yayımında Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.
O bildirib ki, Azərbaycanın inkişafı buna imkan verir: “Bütün dünya Şuşada yaşanan tarixi anları izlədi. Çünki Şuşada gerçək bir tarix yazılırdı. Hesab edirəm ki, regionda və dünyada bir çox dövlətlər Azərbaycan və Türkiyə arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi ilə lazımı mesajlar aldılar”.
Ə.Ələkbərli qeyd edib ki, Şuşa Bəyannaməsinin imzalanması ermənilərin “Qars müqaviləsi”nin ləğv olunması istiqamətində dünyada apardığı kampaniyanın iflasına səbəb oldu: “Bu müqavilə Türkiyə Böyük Millət Məclisi ilə Zaqafqaziya Federasiyasının tərkibində olan üç respublika ilə imzalanmışdı. Artıq Cənubi Qafqazda üç müstəqil dövlət var. Şuşa Bəyannaməsi ilə Türkiyə ortaya qoydu ki, bu dövlətlərin hər biri ilə münasibətləri tənzimləyən ayrı müqaviləsi olmalıdır. İlk belə müqavilə Şuşa Bəyannaməsi şəkilində Azərbaycanla imzalandı”.

yap.org.az

Digər xəbərlər