Siyasət

  • 1 442

“Prezidentin müsahibəsi Azərbaycan həqiqətlərinin tirajlanmsıdır” QHT RƏSMİSİ ŞƏRH ETDİ

image

Azərbaycan Prezindeti, Ali Baş Komandan İlham Əliyevin Rusiyanın “Nasionalnaya oborona” jurnalına verdiyi müsahibə 44 günlük müharibənin başlanması günü ərəfəsində yaşananlar, müharibənin getdiyi dövrdə baş verən proseslər, bir neçədəfə atəşkəs elan olunması, buna baxmayaraq Ermənistan tərəfindən bu atəşkəsin pozulması da daxil olmaqla, müharibənin nəticəsi, Azərbaycanın qələbəsi və pos-müharibə dövründə müşahidə olunan gerçəkliklər çox geniş formada, çox dərin məzmunda çatdırılması baxımından mühüm bir hadisədir. Bu sözləri Milli QHT Forumu İdarə Heyətinin üzvü, Beynəlxalq "Alaş" Ədəbi Mükafatı laureatı Əkbər Qoşalı deyib.

Onun sözlərinə görə, “Nasionalnaya oborona” jurnalı istər adından, istər onun haqqında indiyə qədər əldə etdiyimiz məlumatlardan, istər jurnalın baş redaktorunun şəxsiyyətindən, jurnalda dərc olunan həqiqətlər baxımından çox önəmlidir və belə bir jurnalda, belə bir dönəmdə, ərəfədə cənab Prezident tərəfindən müsahibənin verilməsi Azərbaycan həqiqətlərinin tirajlanmsıdır.

“Əlbəttə biz haqlı bir qələbə qazanmışıq. Bu müharibənin qaçılmaz olduğu cənab Prezidentin müsahibəsində zərgər dəqiqliyi ilə ifadə olunubdur, Beynəlxalq qurumların, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və əlbəttə ki, Ermənistanın siyasi rəhbərliyinin məsuliyyəti çox dəqiq şəkildə təsvir edilib. Xüsuilə, pos-müharibə dövründə müşahidə edilənlər, Ermənistanın əvəz çıxmaq cəhdləri, üçtərəfli bəyanatdan irəli gələn vəzifələrin icrasını ləngitməsi və bunların nəticə etibarı ilə Ermənistana nə vəd etməsi də müsahibənin aparıcı xətlərindən birini təşkil etməkdədir.

Cənab Prezidentin “Nasionalnaya oborona” jurnalına verdiyi müsahibəni bir neçə yarımbaşlıq altında, necə deyərlər qruplaşdırmaq olar. Bu, birincisi müharibəyə qədərki dövr, müharibəni qaçılmaz edən səbəblər, 44 günlük müharibədə Azərbaycanın qələbəsini şərtləndirən səbəblər, “Dəmir yumruq” əməliyyatının mühüm mərhələləri, Azərbaycanın timsalında XXl əsrin müharibəsi necə aparıldı və bu müharibənin beynəlxalq səviyyədə doğurduğu əks-səda, Müharibədə qələbənin əldə olunmasında xüsusi təyinatlı hərbi hissələrin yeri və rolu, Ermənistanın yaşayış məntəqələrini və dinc əhalini hədəfə götürməsi, bununla da beynəlxalq hüquq normalarını kobud şəkildə pozması, müharibə cinayətləri etməsi, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın imzalanması və Ermənistanın kapitulyasiyası, Azərbaycanın keçirdiyi hərbi paradın tarixi önəmi, İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması, Güney Qafqazda sülh prosesinin perspektivləri, Azərbaycan xalqının milli-mədəni irsinin qorunub saxlanmasında, mədəniyyət xadimlərinin abidələrinin, habelə, ibadət yerlərinin bərpasında Heydər Əliyev Fondunun rolu, Azərbaycan-Rusiya əlaqələri, dövlət başçıları arasında olan yaxın münasibətlərin ikitərəfli əlaqələrdəki rolu və bu əlaqələrin inkişaf perspektivləri kimi qruplaşdırıla bilər. Bax bütün bunların hamısı bir daha göstərir ki, cənab Prezidentin həm bu müsahibəsi, həm də 44 günlük müharibə dövründə beynəlxalq media orqanlarına verdiyi müsahibələr Azərbaycan həqiqətlərini nə qədər çox tirajlayıb, Azərbaycan həqiqətlərinin yayılma arealını nə qədər böyüdübdür.

Fikirlərimi yekunlaşdırarkən 27 senytabr anma günündə şəhidlərimizin qarşısında, onların müqəddəs ruhu qarşısında bir daha dərin ehtiramla baş əydiyimi bildirmək istərdim. Allah bizim bütün şəhidlərimizin ruhunu şad eləsin, dövlətimiz var olsun, bayrağımız uca olsun”, deyə Əkbər Qoşalı bildirib.

Digər xəbərlər