PDF Oxu

Siyasət

  • 3 019

YAP Sabunçu rayon təşkilatının nümayəndələri şəhidin məzarını ziyarət ediblər

YAP Sabunçu rayon təşkilatının nümayəndələri şəhidin məzarını ziyarət ediblər

05.10.2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Misirxan Vəliyev, millət vəkili Əliabbas Salahzadə və rayon təşkilatının əməkdaşları şəhid Dəmirçiyev Tural Rəfail oğlunun məzarını ziyarət etmişlər. Daha sonra şəhidin ildönümü ilə əlaqədar keçirilən yas mərasimində iştirak etmişlər. Ailə üzvlərinə səbr arzulayan YAP Sabunçu rayon təşkilatının sədri Misirxan Vəliyev xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir.Qeyd edək ki, Dəmirçiyev Tural Rəfail oğlu 01.10.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən R.Zorge adına 90 saylı tam orta məktəbi bitirmişdir. 2010-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olmuşdur. Universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmışdır. Vətən müharibəsi başlayan zaman könüllü olaraq ordu sıralarına yazılmış, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. T.Dəmirçiyev Vətən müharibəsi zamanı 06.10.2020-ci il tarixdə Füzuli istiqamətində düşmən hücumunun qarşısını dəf edərkən qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuşdur. Azərbaycan dövləti öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və heç zaman unutmayacaq.
Allah rəhmət eləsin!

sia.az

Digər xəbərlər