"İran-Azərbaycan münasibətlərində son zamanlar anlaşılmazlıqlar var". Bunu SİA-ya açıqlamasında Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli deyib.
Onun sözlərinə görə, bu da hər iki dövlətin əleyhinədir. Mütəllim Rəhimli bu haqda fikirlərini belə izah edib: "Prezidentin Cəbrayıldakı səfərində verdiyi mesaj ondan ibarət idi ki, yəni, İran tərəfindən olan hər hansı bir təhdid Azərbaycan Respublikasının mövqeyinin dəyişməsinə səbəb ola bilməz. Amma hadisələrin indiki dinamik inkişafı onu göstərir ki, İran Azərbaycana qarşı siyasətində hər hansı bir dəyişiklik etmir. Bu da, əlbəttə ki, təəssüf doğurur. Hadisənin bu cür inkişafından isə hesab edirəm ki, heç bir region dövləti xeyir götürə bilməz. Hesab edirəm ki, ən yaxşı variant qarşılıqlı razılığa gəlməkdir. Getdikcə gərginləşən prosesi yumşaltmağa çalışmaq lazımdır".