PDF Oxu

Siyasət

  • 1 796

İsrailli jurnalist yeni müharibəni istisna etmədi ŞƏRH+AKTUAL

İsrailli jurnalist yeni müharibəni istisna etmədi ŞƏRH+AKTUAL

Reyçel Avraam: “Azərbaycan istənilən halda Ermənistandan hiylə gözləməlidir”

44 günlük İkinci Qarabağ müharibəsindən sonra regionda geosiyasi reallıqların dəyişməsi və Azərbaycanın mövqeyinin daha da gücləndirilməsi nəticə etibarı ilə kapitulyasiya aktına imza atmış Ermənistanı bütün cəhətlərdən çıxılmaz vəziyyətə salıb. Lakin buna baxmayaraq, daha heç vaxt dəyişilməyəcək reallıqları qəbul etmək istəməyən İrəvan Bakının böyük sülh sazişi imzalamaq təşəbbüslərinə müsbət cavab verməyə tələsmir. Bununla sanki hər hansı vaxt udacağını düşünən Ermənistan rəhbərliyi əslində özünü daha ağır situasiyaya doğru sürükləmiş olur.

SİA xəbər verir ki, mövzu ilə bağlı israili jurnalist, İqtisadi dünyanın mərkəzi nəşrinin redaktoru Reyçel Avraam caliber rusdilli saytına müsahibə verib və həmin müsahibədəki maraqlı məqamları tərcümə edərək oxucu auditoriyamızın diqqətinə çatdırırıq.

İsralli jurnalist: “Ermənilər həm iqtisadi, həm də siyasi cəhətdən əzab çəkməyi üstün tuturlar, ta o zamana qədər ki, Azərbaycandan qisas alsınlar”

Azərbaycanla Ermənistan arasında sülh sazişinin olmadığı situasiyada regiondakı hadisələrin necə inkişaf edəcəyi ilə bağlı sualı cavablandıran israilli jurnalist bu sualın çətin olduğunu bildirərək əslində bir neçə faktorun nəzərə alınmalı olduğunu deyib. SİTAT: “İranın Azərbaycanla münasibətlərindəki çox gərgin atmosferi və Ermənistandan İrana gedən yeganə yolun bir hissəsinin Azərbaycanın nəzarəti altında olduğunu nəzərə alaraq, hesab edirəm ki, rəsmi şəkildə sülh müqaviləsi imzalanmırsa, Azərbaycan istənilən halda Ermənistandan hiylə gözləməlidir. Axı, İrəvan status-kvonu dəyişmək üçün hər şeyi etməyə hazırdır, bunun üçün də gücünü artırır. Hər halda Azərbaycanın Ermənistanla nətisə sülh yolu ilə həll edəcəyini düşünmürəm”.

Onun sözlərinə görə, ermənilərin milli ideologiyaları onların sülh sazişini imzalamalarına mane olur. SİTAT: “Onar özlərinin “miatsum” ideyalarına qarışıblar, onlar “böyük Ermənistan” yaratmalarını bütün dünyaya sübut etmək və göstərmək üçün özlərini yırtırlar. Məhz bu səbəbə görə onlar kompromisə gedə bilmirlər və Azərbaycanla sülh müqaviləsi imzalamırlar. Ermənilər həm iqtisadi, həm də siyasi cəhətdən əzab çəkməyi üstün tuturlar, ta o zamana qədər ki, Azərbaycandan qisas alsınlar”

Avraam: “Hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında yeni toqquşmalar baş verəcək”

Yeni müharibənin mümkünlüyü barədə də fikir bildirən Reyçel Avraam bu suala nüsbət cavab verib. “Düşünürəm ki, bəli. Hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında yeni toqquşmalar baş verəcək. Ermənilər mövcud vəziyyətlə barışmağı nə istəyir, nə də bunu arzu edirlər və əlbəttə ki, Qarabağı itirmək onlar üçün böyük zərbədir”, deyə İsrail nəşrinin redaktoru bildirib. O, buna misal olaraq ermənilərin qanunsuz yaşadıqları işğal altındakı ərazilərimizi tərk etdikləri vaxt fermaları, ağacları, çayları, hətta müqəddəs məkanları necə məhv etdiklərini göstərib.

İranın Azərbaycana qarşı məlum münasibətinə də aydınlıq gətirməyə çalışan Reyçel Avraam burada hər şeyin kifayət qədər aydın olduğunu deyib.

İsrailli redaktor güclü Azərbaycanın Tehran rejimi üçün ciddi təhlükə olması qənaətindədir

SİTAT: “Tehran Azərbayacana qarşı çox düşməncəsinə münasibət nümayiş etdirir və ilk növcbədə ona görə ki, İran hakimiyyəti özünü yəhudilərə, xrsitianlara, bəhailərə və s. konfensiyalara, milli azlıqlara qarşı tolerant olduğunu göstərməyə çalışır. Halbuki, belə deyil və ona görə də mollakratiya rejimi üçün şiəliyin üstünlük təşkil etdiyi Azərbaycandakı islamın dözümlülük formasını müşahidə etmək dəhşət yaradır.

İkincisi, iranlılar güclü Azərbaycanı təhlükə kimi görürlər, belə ki, İranin böyük hissəsi tarixi olaraq Azərbaycanın olub. Təbriz Azərbaycan şəhəri olub. Tehran cənubi azərbaycanlıların ayrılaraq Azərbaycanın tərkib hissəsinə qatılmasından ehtiyat edir. Beləliklə, güclü Azərbaycan onların rejimi üçün ciddi təhlükədir, ona görə də Ermənistanı dəstəkləyir və Bakıya qarşı təxribatçı fəaliyyətlər göstərirlər”.

Reyçel: “Mən həmin məqamdan ehtiyat edirəm ki, Rusiya Azərbaycana münasibətdə səmimi davranmasın”

Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətləri və üzərlərinə düşən öhdəlikləri yerinə yetirib-yetirməmələri barədə sualı cavablandıran Reyçel Avraam bildirib ki,rusların Qarabağdakı mövcudluğu ermənilərin Azərbaycana qarşı təxribatlarının qarşısını alır. SİTAT: “Nə vaxta qədər ki, Azərbaycanın Rusiya ilə münasibətləri yaxşıdır, Moskva Bakını dəsətkləyəcək. Lakin mən həmin məqamdan ehtiyat edirəm ki, Rusiya Azərbaycana münasibətdə səmimi davranmasın. Belə olan halda rus sülhməramlıları Ermənistanın insanlığa qarşı cinayətlərini susqun şəkildə müşahidə edənlərə çevirləcəklər. Necə ki, BMT susqun şəkildə Ruandadakı soyqırımında xutuların günahsız tutsiləri necə qətlə yetirmələrini susqunluqla müşahidə edirdi. Ancaq burada bütün hallarda qeyd etmək yerinə düşərdi ki, Rusiya hələ ki, Azərbaycana qarşı yaxşı davranır, bu səbəbdən də erməni təxribatlarından, eksesslərdən yayınmaq mümkün olacaq. Bu, Bakının Moskva ilə münasibətlərinin yaxşı olduğu müddətdə davam edəcək”.

Rövşən RƏSULOV

Digər xəbərlər