PDF Oxu

Siyasət

  • 1 195

“Müstəqillik Günü” və “Müstəqilliyin Bərpası Günü”nün qeyd olunması dövrün zəruri addımlarındandır” - HƏMİD PƏNAHOV

“Müstəqillik Günü” və “Müstəqilliyin Bərpası Günü”nün qeyd olunması dövrün zəruri addımlarındandır” - HƏMİD PƏNAHOV

“Bir əsrdə Azərbaycanın dövlət müstəqilliyinin həm elan olunması, həm də bərpa edilməsi əlamətdar hadisələrdir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edərək, çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Xalqımız 1991-ci il oktyabrın 18-də isə müstəqilliyinin bərpasını qeyd edib”. Bu fikirləri SƏS qəzetinə açıqlamasında YAP Qazax rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Həmid Pənahov deyib.

Rayon təşkilatının sədri bildirib ki, 1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edilib: "Həmin Aktın ikinci maddəsində bildirilir ki, Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Varis o deməkdir ki, biz yeni müstəqil olmuruq”.

Həmid Pənahov onu da vurğulayıb ki, “Müstəqillik Günü haqqında" qanun layihəsi ətrafında aparılan müzakirələr onu deməyə əsas verir ki, bu, dövrün zəruri addımlarındandır: “Çünki 44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfər, Azərbaycanın regionda formalaşdırdığı yeni reallıqlar həmin dəyişiklikləri zəruri edən əsas amillərdəndir. Və qanun layihəsinə əsasən, mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin isə Müstəqilliyin Bərpası Günü elan edilməsi xalqımızın tarixində baş verən mühüm siyasi hadisələrə düzgün, obyektiv qiymət verilməsini təsdiq edən uğurlu addımdır. Qanun layihəsində qeyd edilir ki, 2021-ci il oktyabrın 18-də Azarbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildan sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan, dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin xüsusən müstəqilliyin əldə edilməsi va bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyuk önəm kasb edir. Çünki dövlət müstəqilliyi hər bir xalqın tarixində əldə edə bildiyi ən yüksək nailiyyətdir. Tarixi proseslərin gedişi elə gətirib ki, biz bir əsrdə iki dəfə müstəqil dövlət qurmaq imkanına sahib olmuşuq. Biz dövlət müstəqilliyini əldə etmək, qorumaq və möhkəmləndirmək üçün mübarizə aparmış, şəhidlər vermiş bir xalqıq. Ona görə də müstəqillik bizim üçün bütün digər anlayışlardan daha dəyərli, daha qiymətlidir. Bu baxımdan qanun layihəsində 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə dövlət müstəqilliyinin bərpa edilməsi günü kimi təsbit edilməsi hüquqi baxımdan tamamilə doğrudur və bu yanaşma tarixi gerçəkliyi özündə əks etdirir. Bu qanun layihəsini qəbul etməklə müstəqillik tariximizə qanunvericilik səviyyəsində bir sistemlilik gətirilir, Azərbaycanın son 103 ildəki müstəqillik tarixi ardıcıl və mərhələli şəkildə qeyd olunur. Bir sözlə, bu qanun layihəsi biz xalq olaraq ilk dəfədir ki, dövlət müstəqilliyimizin bərpasını, yəni 30 illik yubileyini fərqli formada, ərazi bütövlüyünü bərpa edən, qaməti düz və qəhrəman xalq kimi qeyd edirik".

Rayon təşkilatının sədri qeyd edib ki, 1991-ci ildə yenidən müstəqilliyi əldə etmək çox çətinliklə başa gəldi və həmin ərəfədə 18 oktyabr təkrarən "Müstəqillik Günü" kimi qeyd edilməyə başlanıb: “Lakin faktiki olaraq 18 oktyabr "Müstəqilliyin Bərpası Günüdür" və bu baxımdan da sözügedən dəyişiklik 44 günlük Vətən Müharibəsindən sonra yeni yaranmış reallıqlardan ortaya çıxan bir zərurətdir. Biz bu gün bu dəyişiklikləri etməklə həm tarixi proseslərə düzgün qiymət vermiş oluruq, həm prosesləri öz adı ilə çağıra bilir, həmçinin də Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğumuzu bu dəyişikliklə sübut etmiş oluruq”.

N.Pənahov vurğulayıb ki, bu qanun layihəsi bu, dövrün zəruri addımlarındandır. Bir sözlə, qəbul olunan qərara əsasən 28 May Müstəqillik Günü, 18 Oktyabr isə Müstəqilliyin Bərpası Günü kimi qeyd olunacaq.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər