Siyasət

  • 465

Ukrayna mətbuatı Soçi görüşünə geniş yer ayırıb - FOTOLAR

image

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın Soçi şəhərində noyabrın 26-da keçirilən üçtərəfli görüşü Ukraynanın aparıcı mətbuat orqanlarında geniş işıqlandırılıb. SİA xəbər verir ki, “Ukrinform”, “RBK-Ukrayna”, “Gordon”, “Korrespondent.net”, “Obozrevatel” və digər informasiya agentlikləri, xəbər portallarında dərc olunan məqalələrdə üçtərəfli görüşdən sonra mətbuat üçün səslənən fikirlər geniş yer alıb.

Xüsusilə, məqalələrdə Prezident İlham Əliyevin Azərbaycanın Ermənistan ilə çoxillik qarşıdurma səhifəsini çevirmək, normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmində olduğu barədə bəyanatı, o cümlədən sərhədlərin delimitasiyası, demarkasiyası, nəqliyyat arteriyalarının bərpası barədə fikirləri yer alıb. Prezident İlham Əliyevin bəyanatına istinadla qeyd olunub ki, Azərbaycan hərbi əməliyyatlar bitəndən sonra saxlanılmış 100 nəfərdən çox erməni hərbi qulluqçunu Ermənistan tərəfinə verib.

Məqalələrdə münaqişənin tarixinə toxunularaq, ötən ilin sentyabrında Ermənistanla Azərbaycan arasında baş verən müharibə nəticəsində Azərbaycanın uzun müddət işğal altında olan torpaqlarını azad etdiyi vurğulanıb.

Digər xəbərlər