30 il idda elə ki, siyasətçiyəm və hər dəfə danışanda da özünü gülüş obyektinə çevir, qoy ora. Əslində, baş verən hadisələrə real yanaşan, ağıllı başla münasibət bildirən heç kəs özünü gülməli, başqa sözlə desək, rüsvayçı duruma salmaz. Deməli, bunun üçün reallıq hisslərini itirməlisən. Reallıq hisslərini itirmək isə obyektivlikdən uzaq olmaq, qərəzli olmaq deməkdir. Qərəz isə insan beyninə heç də yaxşı təsir etmir və bir halda ki, bu davamlı olur və zamanla beyin də sıradan çıxır. Bəli, həyata baxış tərzi və hadisələrə kəlləmayallaq münasibəti Əli Kərimlinin belə bir tip olduğunu əminliklə deməyə əsas verir.
Bilirsiniz, Əli Kərimli Ukraynada baş verən dəhşətlərə necə qiymət verir? “Demokratiya, inkişaf, tərəqqi, firavanlıq, əmin-amanlıq”! Təəccüblü gəlməsin, bəli, Əli Kərimli belə düşünür! Təbii ki, sağlam düşüncə sahibi olan heç kəs belə düşünməz! Xəstə təfəkkür sahibinin beyni qərəzdən artıq metastaz verib. Bütün neqativləri, istənilən ölkədə baş verən mənfi hadisə və nəticələri də utanmadan Azərbaycanla əlaqələndirmək, müqayisə etmək, az qala Azərbaycan hakimiyyətinin adına çıxmağa çalışır. Xəstədir axı! Xəstə olmasa, viran qalan Ukraynanı “inkişaf mərkəzi” kimi təqdim etməz.
Əli Kərimli adını siyasətçi, özünü isə kor nalbənd yerinə qoyub. Paylaşdığı statusu ilə siyasi təcrübəsinin qısır olduğunu sübut edib. Bəs, reallıq necədir? Müharibənin səbəblərinə deyil, nəticəsinə diqqət çəkəcəm. Özü də dünyanın nüfuzlu mətbu orqanı olan Guardianın 9 gün (red. ən son olan budur) öncə yaydığı məlumat əsasında. Əli Kərimlidən fərqli olaraq Guardian və istinad edilən mütəxəssislər nə deyirlər?
İqtisadi təhlillər və verilən proqnozlar qorxunc, eyni zamanda bədbindir. Ancaq nədənsə Əli Kərimli bu məsələdə ukraynalıların yerinə nikbin “mood”dadır. Bu isə bədbəxtlikdir. Ağa qara və ya əksinə, qaraya necə ağ demək olar?! Əli Kərimli və cəbhəçilərini “nikbin mood”-a kim kökləyib deyə bilmərəm, bir onu deyə bilərəm ki, bu “adam” və “adamları” bədbəxtdirlər və Azərbaycanı viran qoya bilmək üçün üstayaqdadırlar, başları isə hansısa qoltuqlarda!
Anar Şahmuradov
YAP Ağdaş rayon təşkilatının məsul əməkdaşı