PDF Oxu

Sosial

  • 991

Kosmetik vasitələr xərçəng yaradır – TƏHLÜKƏ

image

Bu gün bütün dünyada kosmetik vasitələrdən geniş istifadə olunur. Dünyada kosmetika bazarında milyardlar dövr edir. Təlabatı heç azalmayan, əksinə, günü-gündən artan kosmetik vasitələrin orqanizmə fəsadları barədə ən müxtəlif araşdırmalar aparılır. Bütün araşdırmaların nəticəsi isə eyni olur - xüsusilə də ətirlər ağciyər xəstəliklərinin yaranması üçün zəmin hazırlayır və bu xəstəliklərə təkan verir.

Təsadüfi deyil ki, həkimlər yeni doğulan körpə ilə təmasda olan insanlara, xüsusilə də, körpənin anasına ətirdən istiadə etməyi məsləhət görmür, çünki kəskin kimyəvi qoxular körpənin ciyərlərinə pis təsir edir. Həkim deyir ki, insan çiyəri digər orqanlarla müqayisədə daha həssas orqandır, ekologiyanın hər gün bir az da çirklənməsi ciyərlərimiz üçün xeyli təhlükəlidir, bu təhlükədən əlavə hər gün kimyəvi maddələrin birləşməsi olan ətirlərə məruz qalmağımız gələcəkdə ağciyər xəstəliklərinin meydana çıxmasına imkan yaradır.

Bütün növ kosmetoloji vasitələrin içində “paraben” mövcuddur. Bu, bir növ qoruyucu kimyəvi maddədir. Şampun, saç kremi, makiyaj təmizləyicilər, nəmləndirici kremlər, dərini qaraldan kremlər, təraş kremləri, ətir kimi bir çox kosmetik vasitənin tərkibində var. Kosmetikaların tərkibində bu qədər çox istifadə edilməsində əsas məqsəd isə məhsulun saxlanma müddətini maksimum artırmaqdır.

Döş xərçəngindən əziyyət çəkən qadınların üzərində aparılan araşdırmalara görə sinələrindəki şişin hər toxumasında 20 nanoqram paraben var. Kosmetik vasitələrinizin üzərində papaben maddəsi “methylparaben”, “ethylparaben”, “benzylparaben” və ya “buthylparaben” formasında yazılır.

Tərkibində “paraben” olan bütün növ kosmetoloji vasitələr zərərlidir, bu maddə daha çox ətirlərin hazırlanmasında istifadə edilir. Kansorogen maddə olduğu üçün ətirlərin daha çox istehsalı ilə məşğul olan Fransada böyük mübahisələrə səbəb oldu. Məlumat üçün qeyd edim ki, bəzi Avropa ölkələrində tərkibində “paraben” olan kosmetik vasitələr qadağan edildi. Tərkibində “paraben”in olduğu məhsullar arasında körpələr üçün istifadə edilən kremlər də var.

Ətirlərin 97%-i neftdən alınan maddələrdən hazırlanır, hazırlanma prosesində bu maddələrlə birlikdə benzin və aldehidlər də yaranır ki, onlar da ətirlərin tərkibində olur. Ətirlər yalnız ondan istifadə edənlər üçün deyil, ətrafda həm sağlam, həm də miqrendən əziyyət çəkənlər üçün zərərlidir.

Ətirlərin tərkibindəki “benzolin” adlı maddə insan orqanizmini məhv edir. Araşdırma zamanı siçanların nəfəs aldıqları oksigen ətirləndi, nəticələr elan ediləndə isə məlum oldu ki, ətirlər siçanların limfa düyünlərinin genişlənməsinə, dalaqlarının böyüməsinə, ağciyərlərində ləkə yaranmasına və eyni zamanda, qaraciyərlərinin böyük zərər görməsinə səbəb olub.

Göz yaşarması, bəbəklərin quruması, ikili görmə, asqırma və öskürək, burunun tutulması, qulaqlarda küy və cingilti və ağrı, baş dönməsi, nəfəs darlığı, udqunmada problem, astma tutması, kəskin baş ağrıları, qısa müddətli yaddaş itkisi, diqqətsizlik, ürək bulanmaları, həyəcanlanma, tez-tez əsəbiləşmə, oynaq, damar və əzələ ağrıları, yüksək təyziq, limfa toxumalarında şişlik kimi əlamətlərə səbəb olan ətirlər, əslində, insan orqanizminin düşmənidir.

Lalə Mehralı

Digər xəbərlər