Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə həmin rayonda növbəti əmək yarmarkası təşkil edəcək. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.Qeyd olunub ki, yarmarka iyunun 6-da saat 10:30-dan 13:00-ə kimi Laçın şəhərində Seyrəngah adlanan ərazidə keçiriləcək.Tədbirdə işsiz və işaxtaran şəxslərə 20-dən çox müəssisə tərəfindən müxtəlif istiqamətlər üzrə 200-dən çox vakansiya təqdim ediləcək.Onlara Agentliyin icra etdiyi aktiv məşğulluq proqramları, layihələr barədə ətraflı məlumatlar da veriləcək.
Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb