Bu ilin yanvar-oktyabr ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə ümumilikdə 447 mindən çox vətəndaş qəbul edilib. Bu barədə SİA-ya DSMF-nin mətbuat xidmətindən məlumat verilib.Qeyd edilib ki, müraciətlərin 164-ü pensiya, 109 min 148-i müavinət, 15 min 707-si Prezident təqaüdü, 113 min 826-sı ünvanlı dövlət sosial yardımı, 11 min 62-si fərdi uçot və sosial sığorta, 2 min 782-si dövlət icbari şəxsi sığorta və 30 min 315-i isə digər istiqamətlərlə bağlı olub.