PDF Oxu

Sosial

  • 1 582

ƏƏSMN daha iki beynəlxalq mükafat qazanıb

image

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Proaktiv sosial ödənişlər mexanizmi” layihəsi Almaniyada təşkil olunan “Rəqəmsal rabitə mükafatları 2024” müsabiqəsində yüksək qiymət alıb. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, layihə müsabiqənin “İnnovativ kommunikasiya” kateqoriyası üzrə mükafata layiq görülüb.Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Birləşmiş Krallıq, İsrail, Türkiyə, İsveçrə, Almaniya və digər ölkələrin 150-yə yaxın qurumu iştirak edib.Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi isə ABŞ-ın “OnCon Icon Awards 2024” müsabiqəsinin “10 ən yaxşı texnologiya komandası” kateqoriyası üzrə qalib seçilib. Müsabiqədə dünyanın müxtəlif ölkələrindən “Dell Technologies”, “EY”, “Microsoft”, “Walmart” və texnologiya sahəsində fəaliyyət göstərən digər 200-ə yaxın təşkilat iştirak edib.

Digər xəbərlər