PDF Oxu

Sosial

  • 807

“Gənclərin QİÇS-dən qorunması üçün düzgün davranış və məlumat prioritetdir” AÇIQLAMA

image

Dekabrın 1-i dünyada QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Günü kimi qeyd olunur. Bununla bağlı “Muğan Düzü” Sosial İnkişaf İctimai Birliyinin sədri Vidadi Quliyev KİV-ə açıqlamasında gənclərin sağlamlığı və maarifləndirilməsi ilə bağlı vacib çağırışlar səsləndirib. QHT sədri bildirib ki, QİÇS-lə mübarizə yalnız tibbi xidmət deyil, həm də maarifləndirmə və düzgün davranış vərdişlərinin formalaşdırılması məsələsidir: “Gənclərin QİÇS-dən qorunması üçün əsas prioritet düzgün məlumatlanma, təhlükəsiz davranışlara üstünlük verilməsi və vaxtaşırı testdən keçməkdir. QİÇS-lə yaşayan insanlara insani və anlayışlı münasibət göstərmək isə cəmiyyətin sağlam inkişafının vacib hissəsidir.”

O, Azərbaycanda qeyri-hökumət təşkilatlarının bu sahədə rolunu yüksək qiymətləndirdiyini vurğulayıb:

“QHT-lər tərəfindən gənclərlə əməkdaşlıq çərçivəsində keçirilən maarifləndirici tədbirlər QİÇS-lə mübarizəyə əhəmiyyətli töhfə verir. Bu fəaliyyətlərin davamlı olması gənclərin sağlam gələcəyi üçün çox vacibdir. QİÇS-in real yoluxma yolları barədə düzgün informasiya cəmiyyətdə yanlış təsəvvürlərin qarşısını alır, profilaktik tədbirlər isə infeksiyanın yayılmasının qarşısını almaqda mühüm rol oynayır".

QHT sədrinin gənclərə əsas tövsiyələri:

  • QİÇS-in yoluxma yolları haqqında düzgün məlumatlı olmaq
    • Sağlam və təhlükəsiz davranışlara üstünlük vermək
    • Müntəzəm şəkildə testdən keçmək
    • QİÇS-lə yaşayan insanlara insani və anlayışlı münasibət göstərmək

Vidadi Quliyev onu da qeyd edib ki, QHT rəhbəri kimi gənclərin sağlamlığının qorunması üçün bu şərtlərin hər birinin vacib və əsaslı olduğunu düşünür.

Digər xəbərlər