Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən fevralın 5-də Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova ilə görüşüb.TÜRKPA-dan SİA-ya verilən məlumata görə, görüş zamanı iki qurum arasında mövcud əməkdaşlıq əlaqələrinin cari vəziyyəti, birgə təşəbbüslərin həyata keçirilməsi imkanları, habelə qarşılıqlı dialoqun institusional əsasda daha da möhkəmləndirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Bununla yanaşı, Türk dünyasının ortaq tarixi və mədəni irsinin qorunması, eləcə də beynəlxalq müstəvidə təşviqi istiqamətində əlaqələndirilmiş fəaliyyətin vacibliyi vurğulanıb.Bu kontekstdə Türk Mədəniyyəti və İrsi Fondu ilə TÜRKPA-nın bir-birini tamamlayan iki qardaş qurum olduğu qeyd edilib. Danışıqlar zamanı, həmçinin gələcəkdə mədəni irsin təşviqi və ortaq layihələr çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunub.
“Bütün ölkəni sağaldan” şəfaçı, demək olar ki, heç bir miras qoymayıb..?
Qalanları isə əlavə iş saatları ilə işləməyə məcbur edirlər...
Niyə peşədə ciddi kadr çatışmazlığı var...
2024-cü ildə bu ölkənin seminariyalarında təxminən 4150 gələcək keşiş təhsil alıb ki, bu da...
Səhiyyə Nazirliyi: Rusların qrip viruslarının yeni ştammlarına qarşı immuniteti yoxdur...
Onlar dünyanın ən güclü lazerindən istifadə ediblər...