PDF Oxu

Sosial

  • 1 438

Asılılıq və ondan qurtulmaq yolları

image

“Kimyəvi maddələrə qarşı asılılıq artıq xroniki beyin pozuntusu kimi dəyərləndirilir. İnsanı dəfələrlə narkotik və ya spirtli içki qəbul etməyə sövq edən hüceyrə səviyyəsindəki pozuntulardır. Hər maddənin asılılıq yaratma müddəti fərqlidir. Ancaq nəticə eynidir – kimyəvi və psixoloji asılılıq yaranır (bədəndə hiss olunur). Üstəlik bunlardan ən təhlükəlisi psixoloji asılılıqdır ki, məhz onun nəticəsində insanlar əvvəlki sağlam həyatarına qayıda bilmirlər”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllim, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib. Psixoloqun fikrinə görə, bütün asılı olmayan sağlam insanlar onları qınayır və insanların necə maddə asılısı ola biləcəkləri haqqında düşünürlər. Amma bir şeyi bilmək lazımdır ki, hər kəs asılılıq problemi ilə üzləşə bilər. Məsələn, güclü emosional şok, dağıdıcı və ardıcıl baş verən uğursuzluqlar, həyatın müəyyən bir dövründə yaşanan emosional zəiflik asılılığın yaranması üçün kifayətdir. Əsas məqam elə bütün bunlardan ibarətdir – əvvəllər normal sosial həyatı olan bir adam tez bir zamanda asılılıq uçurumundan düşür. Kimyəvi maddələr (narkotik maddələr, alkoqol və ya hətta nikotin) beyni stimullaşdırır, şüuru dəyişdirir və eyforiya epizoduna səbəb olur. Vaxt keçdikcə bu maddələrin istifadəsi insanın sevinc, diqqətsizlik və xoşbəxtlik hisslərini yaradan yeganə seçimə çevrilir. Bu maddələrin istifadəsi problemlərdən xilas olmaq üçün vasitə rolunu oynamağa başlayır.

“Asılılıq bütün orqanizmi, xüsusən də sinir sistemini tükəndirir. Bundan əlavə şəxs maddə qəbul etmədən hissləriylə mübarizə apara bilmir. Asılılıqdan əziyyət çəkən şəxs maddə istəyindən (damlalar vasitəsilə, klinikada müalicə zamanı) qurtulsa belə, psixoloji asılılıq emosional narahatlıq zamanı dərhal özünü xatırladır. Bunun üçün mütləq psixoloqa müraciət etmək və müxtəlif fəaliyyət növü ilə məşğul olmaq əsas şərtdir”, - deyə Yeganə Əsgərova fikrini tamamlayıb.

Afət Tahirqızı

Digər xəbərlər

Yaşlandıqca əzələ gücünü necə qorumaq olar..?

Mütəxəssis zədə riskini azaltmağa və illərlə fiziki formanı qorumağa kömək edə biləcək sadə bir məşq öncəsi addımı paylaşıb...

Gecə tərləməsi xərçəngin əlaməti ola bilər...

Lakin bu vəziyyətin başqa səbəbləri də ola bilər...

“Tam qaranlıq çökdü”: klinik ölüm yaşayan insanların hekayələri...

Klinik ölüm yaşayan insanlar işıq, tunellər, səslər və mələklər haqqında danışırlar. Bəs həyat və ölümün astanasında bizi başqa hansı görüntülər ziyarət edə bilər?

Rənginə görə ən sağlam bibərlər müəyyən edilib...

Mütəxəssislər qırmızı və yaşıl bibərləri vitamin və mineral tərkibinə görə müqayisə ediblər...