Telegram-ın qurucusu Pavel Durov hesab edir ki, "aşağı bəyənmə reytinqinə" malik məmurlar yeniyetmələr üçün sosial medianın qadağan edilməsinin ən çox tərəfdarıdır. O, bunu X sosial media platformasında yazıb: "Dünyada ən aşağı bəyənmə reytinqinə malik məmurlar yeniyetmələr üçün sosial medianın qadağan edilməsinin və dezinformasiya ilə mübarizənin ən qızğın tərəfdarlarıdır".
Pavel Durov bu kateqoriyaya Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts, Böyük Britaniya Baş naziri Keyr Starmer və İspaniya Baş naziri Pedro Sançesi də daxil edib. Fevral ayında İspaniya Baş naziri əsas rəqəmsal platformalar tərəfindən sui-istifadə hallarına qarşı mübarizə aparmaq və ölkədə təhlükəsiz rəqəmsal mühit yaratmaq məqsədi daşıyan tədbirlər paketini elan etdi. O qeyd etdi ki, sosial media faktiki olaraq qanunların tez-tez pozulduğu və cinayətlərin törədildiyi ayrı bir məkana çevrilib.
Ötən ilin dekabr ayında Makron ölkənin 15 və 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan etməli olduğunu bəyan etdi. Dövlət başçısının sözlərinə görə, bütün sosial media platformalarında məcburi yaş təsdiqlənməsi tətbiq olunacaq. Göstərilən yaşdan kiçik uşaqlar və yeniyetmələrin xidmətlərə çıxışı qadağan ediləcək.
Durov daha əvvəl İspaniyanın qoruma adı altında tam nəzarət ölkəsinə çevrildiyini bildirmişdi.
Qismət