Azərbaycan və Bolqarıstan arasında şəhərsalma, ərazi planlaşdırılması, infrastrukturun inkişafı və memarlıq sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.SİA Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir ki, bu müzakirələr komitə sədri Anar Quliyevin Bolqarıstana səfəri çərçivəsində paytaxt Sofiya şəhərində regional inkişaf və ictimai işlər naziri İvan İvanov ilə görüşündə aparılıb.A. Quliyev Azərbaycan ilə Bolqarıstan arasında mövcud olan dostluq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində uğurla inkişaf etdiyini vurğulayaraq, ikitərəfli əlaqələr baxımından qardaşlaşmış şəhərlər institutunun genişləndirilməsi prosesinin davam etdirilməsinin və ortaq layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyətin əhəmiyyətini qeyd edib.Nazir İ. İvanov isə öz növbəsində Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirərək, xüsusilə şəhər mühitinin dayanıqlı inkişafı və infrastruktur layihələrinin icrası istiqamətində birgə təşəbbüslərin önəmini vurğulayıb.Sonda komitə sədri bolqarıstanlı həmkarlarını BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak üçün Bakıya dəvət edib.
“Bütün ölkəni sağaldan” şəfaçı, demək olar ki, heç bir miras qoymayıb..?
Qalanları isə əlavə iş saatları ilə işləməyə məcbur edirlər...
Niyə peşədə ciddi kadr çatışmazlığı var...
2024-cü ildə bu ölkənin seminariyalarında təxminən 4150 gələcək keşiş təhsil alıb ki, bu da...
Səhiyyə Nazirliyi: Rusların qrip viruslarının yeni ştammlarına qarşı immuniteti yoxdur...
Onlar dünyanın ən güclü lazerindən istifadə ediblər...