Naxçıvanda dəm qazı sızması nəticəsində xəstəxanaya yerləşdirilən azyaşlılardan biri dünyasını dəyişib. Uşaqların hamısı Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasına köçürülüb. Onlardan biri 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov bu xəstəxanada dünyasını dəyişib.
***
Xatırladaq ki, bu gün Naxçıvanda dəm qazından zəhərlənmə hadisəsi baş verib. Hadisə Naxçıvan şəhərinin Xətai məhəlləsi, ev 12 ünvanında qeydə alınıb. Dəm qazı sızması nəticəsində Ordubad rayonu Aşağı Əylis kənd sakini - 1947-ci il təvəllüdlü Məmmədov Niftalı Məmməd oğlu dünyasını dəyişib. Evdə olan nəvələri - 2020-ci təvəllüdlü Fatimə Məsimova, 2018-ci il təvəllüdlü Hüseyn Məsimov, 2021-ci il təvəllüdlü Əli Məsimov və 2022-ci il təvəllüdlü Həsən Məsimov zəhərləniblər. Onlar Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.
Mətləb
“Bütün ölkəni sağaldan” şəfaçı, demək olar ki, heç bir miras qoymayıb..?
Qalanları isə əlavə iş saatları ilə işləməyə məcbur edirlər...
Niyə peşədə ciddi kadr çatışmazlığı var...
2024-cü ildə bu ölkənin seminariyalarında təxminən 4150 gələcək keşiş təhsil alıb ki, bu da...
Səhiyyə Nazirliyi: Rusların qrip viruslarının yeni ştammlarına qarşı immuniteti yoxdur...
Onlar dünyanın ən güclü lazerindən istifadə ediblər...