Azərbaycanın Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov Seneqala səfəri çərçivəsində Dakar şəhərinin meri Abbas Fall ilə görüş keçirib. Görüş zamanı Bakı ilə Dakar şəhərləri arasında XX əsrin 60-cı illərində başlanmış əməkdaşlıq əlaqələrinin yenidən aktivləşdirilməsi, şəhər idarəçiliyi, infrastruktur, turizm və mədəniyyət sahələrində təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.
Səfir N. Səmədov Azərbaycanın Afrika ölkələri ilə münasibətlərin inkişafına xüsusi önəm verdiyini bildirib və Seneqal ilə əməkdaşlığın genişləndirilməsinin qarşılıqlı maraqlara xidmət etdiyini qeyd edib.
Dakar meri isə öz növbəsində əlaqələrin dərinləşdirilməsinə və konkret layihələrin həyata keçirilməsinə hazır olduqlarını ifadə edib. 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan edilməsinə dair meri məlumatlandıran Səfir, cari ilin may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) dəvət məktubunu Dakar merinə təqdim edib. Mer dəvətə görə təşəkkür bildirib.
Mətləb
Tədqiqat bir neçə vacib nüansı ortaya çıxardı...
Uşaq qəzəblənmələri onların emosional inkişafının normal bir hissəsidir...
Büdcəyə uyğun 20.000 dollarlıq yeni avtomobil hər kəsi təəccübləndirib...