PDF Oxu

Sosial

  • 587

Quba rayonunda “Qalib xalqın Qəhrəmanları” adlı layihənin yekun tədbiri keçirildi

image

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər Mərkəzi İctimai Birliyi “Qalib xalqın Qəhrəmanları” layihəsi həyata keçirir. Layihə çərçivəsində Quba rayonunda keçirilən tədbirdə Gənclər Mərkəzi İctimai Birliyin sədri, layihənin rəhbəri Kənan Qubadzadə bildirib ki: “ Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə Gənclər Mərkəzi İctimai Birliyi “Qalib xalqın Qəhrəmanları” adlı layihənin icrasına başlayıb. Layihənin müddəti 3 ayı əhatə edir. Hazırda layihə ilə bağlı ilkin olaraq icra planına uyğun təşkilatı işlər görülür. Layihənin əsas məqsədi Azərbaycan xalqının tarixinə şanlı səhifələr yazmış Vətən müharibəsi qəhrəmanların tanıdılması, onların göstərdiyi şücaətin gələcək nəsillərə ötürülməsi və vətənpərvərlik duyğularının gücləndirilməsidir. Eyni zamanda, bu layihə şəhid və qazilərin ailələrinə mənəvi dəstək göstərməyi və ictimai yaddaşda onların rolunun qorunub saxlanmasını hədəfləyir.” Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında keçirilən tədbirdə ADPU - nun Quba filialının sosial və humanitar məsələlər üzrə direktor müavini p. f. d. Aysel Şeydayeva çıxış edən , Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi ictimai birliyinin sədri Eynulla Xeyrullayev bildirdilər ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Gənclər Mərkəzinin həyata keçirdiyi “Qalib xalqın Qəhrəmanları” layihəsi Azərbaycan xalqının Vətən müharibəsində (İkinci Qarabağ müharibəsində) göstərdiyi qəhrəmanlığı, şəhidlərimizin və qazilərimizin şücaətini cəmiyyətə tanıtmaq, gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirmək məqsədilə hazırlanmışdır. Layihə çərçivəsində və sonrakı dövrlərdə iştirakçılar tərəfindən qəhrəmanlıq göstərmiş şəxslərin həyat yolu, döyüşdəki fəaliyyətləri və xalq arasında yaratdıqları mənəvi irs geniş şəkildə işıqlandırılacaq və təbliğ olunacaqdır. Tədbir iştirakşılarına bukletlər, yazılı köynəklər və sertifikatlar verildi.

Digər xəbərlər