Azərbaycanda bir sıra ərazilərdə dövlət layihələrinin həyata keçirilməsi üçün tikinti altına düşən torpaq sahələri üzrə mülkiyyətçilərə kompensasiya veriləcək. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) mediaya məlumat əldə edib.
ADSEA-nın Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti mülkiyyətçilərə dəyən zərərin kompensasiyasının hesablanması üçün qiymətləndirmə işlərinə başlayır.
Belə ki, Böyükşor Tullantı Sutəmizləyici Qurğusunun, Salyan şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı 11 ədəd tullantı su nasos stansiyasının, Xaçmaz rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün 6 ədəd kiçik sututarın tikintisi layihəsi altına düşən torpaq sahələrinin mülkiyyətçilərinə kompensasiya veriləcək. Qiymətləndirmə işlərindən sonra kompensasiyanın məbləği məlum olacaq.
Mətləb
Qalanları isə əlavə iş saatları ilə işləməyə məcbur edirlər...
Niyə peşədə ciddi kadr çatışmazlığı var...
2024-cü ildə bu ölkənin seminariyalarında təxminən 4150 gələcək keşiş təhsil alıb ki, bu da...
Səhiyyə Nazirliyi: Rusların qrip viruslarının yeni ştammlarına qarşı immuniteti yoxdur...
Onlar dünyanın ən güclü lazerindən istifadə ediblər...