Ramazan və Novruz bayramı günlərində rekord sayda – 200 000-dən çox sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.Bu barədə SİA-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.Məlumata əsasən, respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 19-30 mart tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.Gücləndirilmiş rejimin 12 günü ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 3 157 reys həyata keçirilib, 84 135 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 450-dən çox reys həyata keçirilib.Bayram günlərində bölgələrə üz tutan vətəndaşların əks istiqamətə rahat gəlişini təmin etmək üçün region avtovağzallarında müvafiq şərait yaradılıb. 19-30 mart tarixlərində bölgə avtovağzallarından müxtəlif istiqamətlərə, o cümlədən paytaxta 18 000 reyslə 116 000-ə yaxın sərnişin daşınıb.Biletlər avtovağzallarn kassalarından, eləcə də biletim.az portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib.Qeyd edək ki, 19-21 mart tarixlərində sərnişinlərin 60 %-i biletlərini onlayn qaydada "biletim.az" portalından əldə edib. Digər günlərdə bu göstərici 35-40 % təşkil edib. Bu da növbəti rekord göstəricidir.
Oyanma tez-tez sidik ifrazı istəyi ilə müşayiət olunur...