Cənub mirvarisi Lənkərandan olan idmançı Zeynəb Ramin qızı Mehdi beynəlxalq turnirdə uğurlu çıxışı ilə öz pərəstişkarlarını ürəkdən sevindirib. Uşaqlıqdan idmanın cüdo növünə könül verən qız Polşanın Bytom şəhərində keçirilən yeniyetmələr arasında Avropa açıq çempionatında qazandığı növbəti qələbəsi sayəsində Azərbaycan bayrağını ən uca zirvəyə qaldırıb.
Belə ki, bütün rəqiblərdən güclü olan Zeynəb qızıl medal qazanıb. İdmançı qızımız bu möhtəşəm idman yarışına 70 kiloqram çəki dərəcəsində qatılıb. Çempionat isə Polşa Cüdo Assosiasiyası və UKS FENİKS Bytom təşkilatçılığı ilə baş tutub.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
...imicin əsas vurğusuna necə çevrilir?
Maraqlıdır ki, tələb olunan sahələrdə yüksək gəlirlər hər kəs üçün mümkün deyil...