PDF Oxu

Sosial

  • 1 472

İran müharibəsi zamanı hərbçilərin nə qədər qəhvə içdiyi hesablanıb...

Rəqəm heyrətamizdir...

image

..."Epik qəzəb" əməliyyatı zamanı ABŞ Müdafiə Nazirliyinin şəxsi heyəti 3,5 milyon litrdən çox qəhvə içib.

SİA xəbər verir ki, bu barədə Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn H-də yayımlanan brifinqdə məlumat verib.

Keyn bildirib ki, "6 milyondan çox yemək yedik, təxminən 950.000 gallon qəhvə (3,5 milyon litrdən çox - red.), 2 milyon enerji içkisi içdik və çoxlu miqdarda nikotin qəbul etdik".

O, əlavə edib ki, həmkarları heç bir sağlamlıq problemi yaşamayıblar.

Brifinqdə Keyn və Pentaqon katibi Pit Heqset İrandakı hərbi əməliyyatın nəticələri barədə məlumat veriblər.

Keynin sözlərinə görə, Tehran hava hücumundan müdafiə sistemlərinin 80 faizini və donanmasının 90 faizdən çoxunu itirib.

...İranın komandanlıq və idarəetmə sistemi "o qədər sıradan çıxıb ki, onlar düzgün ünsiyyət qura və əlaqələndirə bilmirlər".

Heqset bildirib bunu.

Əli Babayev

Digər xəbərlər