Slovakiyanın Bakıdakı səfiri Elçin Qasımov və "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədri Rövşən Rüstəmov Orta Dəhlizin daha da inkişaf etdirilməsi və Azərbaycanın dəmir yolu infrastrukturunun modernləşdirilməsi məsələlərini müzakirə ediblər.SİA xəbər verir ki, bu barədə səfir "X" hesabında yazıb."Bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmovla məhsuldar görüş keçirildi. Biz Orta Dəhlizin daha da inkişaf etdirilməsini və dəmir yolu infrastrukturunun modernləşdirilməsini müzakirə etdik", - səfir bildirib.Onun sözlərinə görə, tərəflər Slovakiya şirkətləri və banklarının iştirakı ilə qeyd olunan istiqamətdə əməkdaşlıqda maraqlı olduqlarını ifadə ediblər."Bu, Azərbaycanla Slovakiya arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala malik konstruktiv və perspektivli dialoq oldu", - səfir vurğulayıb.
Qalanları isə əlavə iş saatları ilə işləməyə məcbur edirlər...
Niyə peşədə ciddi kadr çatışmazlığı var...
2024-cü ildə bu ölkənin seminariyalarında təxminən 4150 gələcək keşiş təhsil alıb ki, bu da...
Səhiyyə Nazirliyi: Rusların qrip viruslarının yeni ştammlarına qarşı immuniteti yoxdur...
Onlar dünyanın ən güclü lazerindən istifadə ediblər...
Ürək və sümük sağlamlığı üçün...