PDF Oxu

Sosial

  • 1 091

Eyni dəyərli əməyə bərabər əməkhaqqı necə təmin olunacaq? - Musa Quliyev

image

“İşəgötürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borcludur. İşin bərabər dəyərli olması əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan tarif-ixtisas sorğu kitabçaları nəzərə alınmaqla müəyyən edilir”.SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Musa Quliyev Əmək və sosial siyasət komitəsinin iclasında çıxışı zamanı deyib.Deputat bildirib ki, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanuna təklif edilən dəyişikliklər bu prinsipi daha da möhkəmləndirir: “İşəgötürən tərəfindən eyni və ya bərabər dəyərli işi yerinə yetirən işçilərə əməkhaqqı bərabər ödənilməlidir”.Musa Quliyev qeyd edib ki, işin bərabər dəyərli olması Əmək Məcəlləsinə uyğun olaraq müəyyən edilir və bu zaman əmək şəraiti, funksiyanın xarakteri və tarif-ixtisas göstəriciləri əsas götürülür.Deputat əlavə edib ki, dəyişikliklər 9-cu maddəyə də aiddir və burada bəzi redaktə xarakterli düzəlişlər nəzərdə tutulur: “9.2-ci maddədən mükafatlar və digər həvəsləndirici ödənişlərlə bağlı hissə çıxarılır”.

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər