“Son dövrlərdə əmək münasibətləri sahəsində bir sıra islahatlar həyata keçirilib və bu dəyişikliklərin məqsədi daha balanslı əmək bazarının formalaşdırılmasıdır”.SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov Əmək və sosial siyasət komitəsinin iclasında səsləndirib.Deputat statistik göstəricilərə də diqqət çəkib: “Cari ilin ilk aylarında orta aylıq əməkhaqqı təxminən 999 manat, minimum əməkhaqqı isə 400 manatdır. Bu, minimum əməkhaqqının orta əməkhaqqına nisbətinin təxminən 40 faiz olduğunu göstərir”.Vüqar Bayramov bildirib ki, beynəlxalq təcrübədə bu göstərici 50–60 faiz aralığındadır və minimum əməkhaqqının artırılması vacibdir.O qeyd edib ki, bu addım aşağı gəlirli əhalinin sosial müdafiəsinin gücləndirilməsinə və iqtisadi sabitliyə müsbət təsir göstərə bilər.
Müəllif: Günel Fərzəliyeva
Qalanları isə əlavə iş saatları ilə işləməyə məcbur edirlər...
Niyə peşədə ciddi kadr çatışmazlığı var...
2024-cü ildə bu ölkənin seminariyalarında təxminən 4150 gələcək keşiş təhsil alıb ki, bu da...
Səhiyyə Nazirliyi: Rusların qrip viruslarının yeni ştammlarına qarşı immuniteti yoxdur...
Onlar dünyanın ən güclü lazerindən istifadə ediblər...
Ürək və sümük sağlamlığı üçün...