92 nömrəli müntəzəm marşrutun avtobusları yenilənir. Bu barədə SİA-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, Binəqədi (10 May küçəsi) və Biləcəri qəsəbələrini metronun "Memar Əcəmi" stansiyası ilə əlaqələndirən 92 nömrəli müntəzəm marşrutda istismar olunan avtobusların bir qismi yenilənir.
"Aprelin 19-dan sərnişinlərin xidmətinə veriləcək 6 böyüktutumlu "Yutong" markalı müasir avtobus CNG texnologiyası ilə təchiz olunub. Yaxın aylarda marşrut üzrə avtobusların digər qisminin də yenilənməsi təmin ediləcək. Ümumilikdə 14 avtobus 7-8 dəqiqə intervalla sərnişinlərin ixtiyarında olacaq" - məlumatda vurğulanıb. Qeyd edək ki, avtobuslarda ödəniş nağdsız qaydadadır.
Mətləb
Qalanları isə əlavə iş saatları ilə işləməyə məcbur edirlər...
Niyə peşədə ciddi kadr çatışmazlığı var...
2024-cü ildə bu ölkənin seminariyalarında təxminən 4150 gələcək keşiş təhsil alıb ki, bu da...
Səhiyyə Nazirliyi: Rusların qrip viruslarının yeni ştammlarına qarşı immuniteti yoxdur...
Onlar dünyanın ən güclü lazerindən istifadə ediblər...
Ürək və sümük sağlamlığı üçün...