Həftəsonu paytaxtda təmir işlərinin davam etdirilməsi ilə bağlı olaraq bir sıra ərazilərdə hərəkət qismən və ya tam məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, 01 may saat 23:00-dan 04 may saat 07:00-dək paytaxtın Səməd Vurğun küçəsi (A.A.Bakıxanov-M.Mirqasımov küçəsi arası), Rəşid Behbudov küçəsi (S.Rəhimov-S.Zeynalov küçəsi arası), Vaqif prospekti (C.Hacıbəyli-S.Vurğun küçəsi arası) hərəkət aparılacaq işlərdən asılı olaraq qismən və ya tam məhdudlaşdırılacaq.
Eyni zamanda 01–03 may tarixlərində xarici dairəvi yolda ("20 Yanvar" istiqaməti) hər gün saat 07:00–23:00-dək qismən məhdudiyyət, 01–04 may tarixlərində, hər gecə saat 23:00–07:00 arası tam məhdudiyyət tətbiq olunacaq. Məlumat üçün bildirək ki, xarici dairəvi yolda tam məhdudiyyət tətbiq edildiyi müddətdə hərəkət Salyan şosesi (Bibiheybət məscidi istiqaməti) üzrə təmin ediləcək.
Mətləb
Bitki zülalı, lif və mürəkkəb karbohidratlarla zəngindir...
Zehni dözümlülük niyə bu qədər vacibdir?
Adi pəhriz və qeyri-aktiv istirahət fəaliyyətləri bədəndə dönməz prosesləri tətikləyə bilir...
Bu, Avrostatın son məlumatları ilə sübut olunur..?