PDF Oxu

Sosial

  • 601

Bakıda 7 şagird qoğaldan zəhərlənib - AQTA məlumat yaydı!

image

Aprelin 24-ü Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 121 nömrəli orta məktəbdə qida zəhərlənməsi baş verib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, həmin tarixdə qurumun "1003 – Çağrı Mərkəzi"nə zəhərlənmə ilə bağlı məlumat daxil olub. Müraciət əsasında Agentliyin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb.

Məktəbin bufetində və təchizatçı müəssisədə yoxlamalar aparılaraq qida nümunələri laborator müayinələrə cəlb edilib. İlkin məlumata görə, bufetdən alınan qoğalı istehlak edən 7 şagirddə qida zəhərlənməsi əlamətləri müşahidə olunub. 5 nömrəli Yoluxucu Uşaq Xəstəlikləri Xəstəxanasına yerləşdirilən şagirdlərə "dəqiqləşdirilməmiş bakterial mənşəli qida zəhərlənməsi" diaqnozu qoyulub və onlara zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Yoxlama aparılarkən məktəbin bufetinin müvafiq qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, istifadə edilən məhsulların mənşəyini təsdiq edən sənədlərin mövcud olmadığı, eləcə də saxlanma şəraitinin sanitar-gigiyenik tələblərə cavab vermədiyi müəyyən edilib.
Eyni zamanda, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən "Ləzzət" unlu -qənnadı məmulatlarının istehsalı müəssisəsində plandankənar yoxlama aparılıb. Baxış zamanı müəssisədə ciddi sanitar-gigiyena normalarının pozulduğu aşkarlanıb.
Götürülmüş qida və yaxma nümunələrinin laborator müayinəsi nəticəsində uyğunsuzluq (e.coli, enterobakteriya və stafilokok) aşkarlanıb.

Müəyyən edilən nöqsanlar əsasında məktəbin bufetinin və təchizatçı müəssisənin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Məktəbin direktoru və sahibkarlar barəsində inzibati tədbirlər görülərək müvafiq protokollar tərtib edilib. Faktla bağlı toplanmış materiallar müvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.

Mətləb

Digər xəbərlər

Sosial gülüşün sirləri: niyə zarafatlardan daha çoxuna gülürük...

Alimlər insanlar arasında qarşılıqlı əlaqə və bağ qurmaq üçün vacib bir vasitə müəyyən ediblər...

Yuxuda necə pul qazanmaq olar..?

Mütəxəssislər passiv gəlir haqqında həqiqəti açıqlayırlar...

Mikroplastiklər havada üzür...

...alimlər gözlənilməz çirklənmə mənbəyi aşkar ediblər. Tədqiqatçılar atmosferdəki sintetik hissəciklərin dənizdən qaynaqlandığı nəzəriyyəsini təkzib ediblər.

Niyə yeməkdən dərhal sonra çay içməməlisiniz..?

Sevimli bir ritual qida maddələrinin mənimsənilməsini ciddi şəkildə poza bilər...