Uşaqlarda aşkarlanan zorakılıq əlamətləri barədə məlumat verilməməsinə görə cərimə tətbiq olunacaq. Bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən yeni - 189-4-cü və 189-5-ci maddələrdə əksini tapıb.
Beləliklə, edilən 189-4-cü maddəyə əsasən, uşaqda zorakılıq hərəkətlərinin əlamətlərinin aşkar edilməsi barədə məlumatın valideynlər (onları əvəz edən şəxslər), habelə uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən aidiyyəti hüquq mühafizə orqanlarına və ya ərazi üzrə aidiyyəti uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya verilməməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə ediləcək.
189-5-ci maddəyə görə, təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrində və penitensiar müəssisələrdə uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının alınmamasına görə fiziki şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə cərimə olunacaq.
Mətləb
...siqaret çəkmə nəticəsində hansı xəstəliklər yarana bilər? Tütün tüstüsü tənəffüs yollarına və ağciyər toxumasına zərər verir və xroniki öskürəyə səbəb olur.
285.000 dollar dəyərində olan zirehli canavar avtomobil həvəskarlarını şoka salıb...
Psixoloqlar “tərəfdaşdan ikrah” sindromunu izah edirlər. Həyat yoldaşınıza qarşı qəribə bir ikrah hissi bədəndən münasibətlərdəki gizli problemlər barədə bir siqnal ola bilər...