Bu il aprelin 24-də Prezident İlham Əliyev İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım verilməsi barədə Sərəncam imzaladı. Sərəncama əsasən, 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2750 manat məbləğində birdəfəlik maddi yardım veriləcək. İkinci Dünya müharibəsində iştirak etmiş veteranlara müxtəlif ölkələrdə verilən birdəfəlik ödənişlərin məbləği araşdırıb. Müqayisə göstərir ki, bu istiqamətdə ən yüksək məbləğlərdən birini məhz Azərbaycan ödəyir.
Mövzu ilə bağlı "Gənc Vətənpərvərlər" İctimai Birliyin sədri, ictimai xadim Müqamət Süleyman oğlu Əliyev(Muğan) KİV-ə açıqlama verib. M.Əliyevin sözlərinə görə, atası İkinci Dünya müharibəsinin iştirakçısı olmuş və ailələri uzun illər dövlət güzəştlərindən yararlanmışdır: “Bildirmək istəyirəm ki, bizim ailəmizin başçısı, atam Əliyev Süleyman İbad oğlu (hazırda atam və anam dünyalarını dəyişiblər, Allah hər ikisinə rəhmət eləsin) İkinci Dünya müharibəsinin iştirakçısı olmuşdur. O, 5 il ərzində Berlin, Stalinqrad və digər ərazilərdə döyüşmüş, II dərəcəli müharibə əlili kimi uzun illər dövlət tərəfindən müəyyən güzəştlərlə təmin olunmuşdur. 1990-cı illərə qədər ailəmizə kommunal xərclərdə 50 faiz güzəşt edilirdi.”
M.Əliyevin sözlərinə görə, atası göstərdiyi qəhrəmanlıqlara görə dəfələrlə müxtəlif mükafatlarla təltif olunmuşdur: “Atam qəhrəmancasına döyüşdüyünə, göstərdiyi igidlik və şücaətə görə dəfələrlə müxtəlif medal və fəxri fərmanlarla təltif olunmuşdur. Həmin mükafatlar Azərbaycan Respublika Hərbi Komissarlığı, rayon hərbi komissarlıqları və o dövrün Moskva rəhbərliyi tərəfindən təqdim edilirdi. Atam bu təltifləri böyük qürur və məsuliyyət hissi ilə qəbul etmişdir. Bu gün də həmin medallar və təltiflər ailəmiz üçün böyük mənəvi dəyər daşıyır və onun Vətən qarşısındakı xidmətlərinin bariz nümunəsidir".
M.Əliyevin sözlərinə görə, ailələrində vətənpərvərlik və təhsilə xüsusi önəm verilmişdir “Ailəmiz 7 övladdan ibarətdir. Atamın maarifləndirici düşüncəsi, elmə və təhsilə verdiyi yüksək dəyər nəticəsində bütün övladları ali təhsil almış, müxtəlif dövlət sahələrində fəaliyyət göstərmişdir. Ailə üzvlərimiz arasında polis orqanlarında, təhlükəsizlik sahəsində və digər mühüm dövlət strukturlarında çalışanlar olmuşdur. Şəxsən mən özüm də uzun illər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində xidmət etmiş, dövlət qulluğunun birinci dərəcəli əməkdaşı olaraq təqaüdə çıxmışam. Atamızın bizə aşıladığı vətənpərvərlik, savad və dövlətə sədaqət prinsipləri hər birimizin həyat yolunda əsas istiqamət olmuşdur".
İctimai xadim qeyd edib ki, ailələrinin əsas amalı dövlətə və dövlətçiliyə sədaqətlə xidmət etmək olmuşdur: "Ailəmizin əsas məqsədi hər zaman dövlətə və dövlətçiliyə sədaqətlə xidmət etmək, müstəqil Azərbaycan Respublikasının inkişafı naminə fəaliyyət göstərmək olmuşdur. Biz bütün həyatımız boyu Vətənə və xalqa xidmət etməyi özümüzə mənəvi borc bilmişik".
Muğan Əliyev bildirib ki, ana tərəfdən babası da Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış tarixi şəxsiyyətlərdən biri olmuşdur: "Anamın atası Qaramanlı Qamboy oğlu Türkü də Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmış tarixi şəxsiyyətlərdən biri olmuşdur. O, 1930-cu illərdə ermənilər tərəfindən qətlə yetirilmişdir. Qaramanlı Qamboy ağanın vətənpərvər fəaliyyəti və xalqın azadlığı uğrunda göstərdiyi xidmətlər bu gün də tariximizdə ehtiramla yad edilir. Onun adı ilə bağlı araşdırmalar aparılmış, Yevlax şəhərində küçə adına layiq görülmüşdür. Azadlıq və vətənpərvərlik ideyaları ailəmizdə nəsildən-nəslə ötürülmüşdür".
Muğan Əliyev bildirib ki, atası müharibədə aldığı ağır yaraların ağrısını ömrünün sonuna qədər çəkmişdir:“Atam müharibə zamanı ayağından və digər orqanlarından yaralanmışdı. Həmişə bir ayağını çətinliklə aparardı. Mən uşaq olarkən tez-tez soruşardım: “Ata, ayağın niyə ağrıyır?” O isə cavab verərdi: “Alman faşistlərinin iti tutub”.
İctimai xadim vurğulayıb ki, atasının danışdıqları müharibənin çətinliklərini və ön cəbhədəki həyatı əks etdirirdi:“Atam Stalinqrad mühasirəsində də olmuşdur. Onun dediyinə görə, mühasirədə olduqları vaxt təyyarələrlə onlara tütün, geyim, ərzaq və digər ləvazimatlar atılırdı".
M.Əliyevin sözlərinə görə, atası müharibədən qayıdarkən özü ilə müxtəlif xatirələr və əşyalar gətirmişdi:“Müharibədən qayıdarkən özü ilə “tulup” — indiki dillə desək, dublyonka gətirmişdi".
Muğan Əliyev bildirib ki, atası müharibə illərində ona qulluq edən alman əsilli tibb bacısını daim minnətdarlıqla xatırlayırdı:“Mən ona müharibə haqqında çox suallar verərdim. O danışardı ki, yaralı olduğu vaxt alman əsilli Elza adlı tibb bacısı ona qulluq edib. Sonralar ailə qurduqdan sonra ilk qızının adını Elza qoymuşdur. Həmin qızı hazırda Bərdə şəhərində yaşayır və müəllimə kimi təqaüddədir.”
İctimai xadim qeyd edib ki, İkinci Dünya müharibəsi insanlıq tarixinin ən faciəli hadisələrindən biri olmuşdur:“Onu da qeyd etmək istəyirəm ki, İkinci Dünya müharibəsi bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli faciələrdən biri olmuşdur. Azərbaycan xalqının bu müharibədə göstərdiyi qəhrəmanlıq və əzmkarlığın araşdırılması ciddi elmi, siyasi və mənəvi əhəmiyyət daşıyır".
M.Əliyevin sözlərinə görə, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının müharibədəki xidmətlərini yüksək qiymətləndirmişdir:“Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev demişdir: “Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan qısa müddət sonra Azərbaycan ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir. 1941–1945-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızı cəbhəyə getmişdir".
Muğan Əliyev bildirib ki, Bakı nefti müharibə dövründə Sovet ordusunun əsas yanacaq mənbələrindən biri olmuşdur:“Müharibə dövründə Sovet ordusunun əsas yanacaq təminatı Bakı nefti hesabına həyata keçirilirdi. Təəssüf hissi ilə qeyd edirəm ki, bir çox xarici və Rusiya televiziya kanallarında Azərbaycanın bu böyük xidmətinin kifayət qədər vurğulanmaması məni düşündürür".
İctimai xadim vurğulayıb ki, veteran ailələrinə göstərilən maddi dəstəyin artırılması mühüm əhəmiyyət daşıyır:““Gənc Vətənpərvərlər” İctimai Birliyinin sədri və ictimai xadim olaraq deyə bilərəm ki, MDB məkanında 1941–1945-ci illərdə döyüşmüş veteran ailələrinə verilən birdəfəlik maddi yardımların artırılması mühüm məsələdir".
M.Əliyevin sözlərinə görə, Prezident İlham Əliyevin veteranlarla bağlı qərarları yüksək qiymətləndirilməlidir:“Müzəffər Ali Baş Komandan, xalqını və dövlətini sevən Prezident İlham Əliyevin İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardımın artırılması ilə bağlı sərəncamını dəstəkləyirəm".
Muğan Əliyev bildirib ki, televiziya məkanında vətənpərvərlik ruhunu gücləndirən proqramların sayı artırılmalıdır:“Eyni zamanda istərdim ki, televiziya məkanlarında həm Qarabağ müharibəsi, həm də İkinci Dünya müharibəsində döyüşən qəhrəmanlarımız haqqında daha çox verilişlər yayımlansın. Bu cür proqramlar gənclər arasında vətənpərvərlik hisslərinin daha da güclənməsinə böyük təkan verər".
İctimai xadim qeyd edib ki, azərbaycanlı döyüşçülər müxtəlif ölkələrdə faşizmə qarşı partizan hərəkatında fəal iştirak etmişlər:
“Azərbaycanlı döyüşçülər Ukrayna, Belarusiya və Avropanın müxtəlif ölkələrində faşizmə qarşı partizan hərəkatlarında fəal iştirak etmişlər. Ukrayna torpaqlarında 5000-ə qədər, Belarusiya ərazisində isə 1000-ə qədər azərbaycanlı partizan dəstələrində vuruşmuşdur".
M.Əliyevin sözlərinə görə, alman əsir düşərgələrində olan azərbaycanlılar gizli antifaşist təşkilatlar yaratmışdılar:“1943-cü ildə Almaniyanın Ştrans əsir düşərgəsindən İtaliya, Triyest və Yuqoslaviyaya köçürülən sovet əsirləri arasında çoxlu azərbaycanlı da var idi. Onlar gizli antifaşist təşkilatı yaratmışdılar. Təşkilatın rəhbərləri sırasında Mehdi Hüseynzadə, Mirdamət Seyidov, Cavad Həkimli və digər qəhrəman soydaşlarımız olmuşdur".
Muğan Əliyev bildirib ki, Mehdi Hüseynzadə və digər azərbaycanlı partizanlar Yuqoslaviyada böyük qəhrəmanlıqlar göstərmişlər:“Mehdi Hüseynzadə sonradan Yuqoslaviya Xalq Azadlıq Ordusunun tərkibində fəaliyyət göstərən partizan dəstələrinə qoşulmuş, azərbaycanlılardan ibarət xüsusi rota yaradılmışdır. Faşizmə qarşı döyüşlərdə fərqlənən onlarla azərbaycanlı Yuqoslaviyanın orden və medalları ilə təltif olunmuşdur".
Fatimə Nəbiyeva
Bu məhsul əsrlər boyu dərman kimi istifadə edilmişdir...
Adi bir məişət əşyası gözləniləndən təhlükəli oldu...
Dişlər niyə sarıya bənzəyir: Diş həkimi bunun əsas səbəblərini və mübarizə üsullarını müəyyən etdi...
Alimlər insanlar arasında qarşılıqlı əlaqə və bağ qurmaq üçün vacib bir vasitə müəyyən ediblər...
Mütəxəssislər passiv gəlir haqqında həqiqəti açıqlayırlar...
Bəzən dərmanların özü yeni tutmalara səbəb olur...
...alimlər gözlənilməz çirklənmə mənbəyi aşkar ediblər. Tədqiqatçılar atmosferdəki sintetik hissəciklərin dənizdən qaynaqlandığı nəzəriyyəsini təkzib ediblər.