PDF Oxu

Sosial

  • 585

Təmənnasız xidmət... - FOTO

image

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, millət vəkili Rəşad Mahmudov nəcib insan, fədakar ziyalı, xalqını, yurdunu məhəbbətlə sevən şəxsiyyət kimi yaxşı ad qoyub. Şəfalı əlləri neçə-neçə xəstəyə ikinci həyat bəxş edən Rəşad həkim həm də, öz seçicilərin qayğısına ürəkdən qalmağı bacarın, seçilən millət vəkilidir. Bəli, həkimlik sənətinin zirvəsində olan bu fitrətən xalq adamı həyatını başqaları üçün yaşamağı bacarır. Azərbaycanımızın hər qarışını özünə əziz bilən Rəşad həkim doğulub boya-başa çatan astaralı seçicilərin görüşünə böyük həvəslə gəlir, əlindən gələn mənəvi, maddi dəstəyi onlardan əsirgəmir. Millət vəkili növbəti görüşünü də çox səmimi və təmənnasız münasibətlər üzərində qurdu.

Görüşdə vətəndaşlar əsasən sağlamlıq, sosial məsələlər və digər hüquqi problemlərlə bağlı dəstək istədilər. Deputatın yüksək mənəviyyatı, xeyirxahlığı, xalqla döyünən böyük ürəyi, həkimlik peşəsinə ilahi sevgisi problemlərin həllinə yaxşı işıq saldı. Odur ki, qaldırılan məsələlərin əksəri yerindəcə həll olundu, digər məsələlər isə aidiyyəti orqanlara yönəldərək nəzarətə götürülürdü.
Görüşdə iştirak edən Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının sədri Həbib Cəfərov bildirdi ki,
belə görüşlər millət vəkillərinə seçicilərlə birbaşa ünsiyyət qurmaq, problemləri yerindəcə həll etmək və mövcud çətinlikləri müvafiq qurumlar qarşısında qaldırmaq imkanları yaradır. Eyni zamanda, bu fəaliyyət ölkə başçisı İlham Əliyev tərəfindən müəyyən edilmiş yol xəritəsinə uyğun olaraq, vətəndaş mərkəzli siyasətin təşviqinə xidmət göstərir. Yüksək zəkaya, əxlaqi keyfiyyətlərə malik olan, əsl vətənpərvər insan kimi nəcib istəyini xalqın, dövlətin mənafeyi naminə yönəldən Rəşad həkimin görüşləri həmişə cəmiyyətdə razılıqla qarşılanır.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər