PDF Oxu

Sosial

  • 806

Gənc rəssam Aytacın fərdi sərgisi

image

Lerik Dövlət Rəsm Qalereyasında gənc rəssam Aytac İlkin qızı Ağazadənin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş fərdi sərgisi açılıb. Sərgidə gənc rəssamın müstəqil Azərbaycanın qurucusu, daha şəxsiyyət Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş əsərləri, Vətən naminə canını fəda edən Şəhidlərin portretləri və mənzərə tabloları yer alır.
Lerik Rayon İcra Hakimiyyətinin nümayəndəsi Anar Ağayev, Lerik Dövlət Rəsm Qalereyasının direktoru, Şəhid atası Mükafat Yaqubov, Şəhid atası Rəbbil Heydərov, Şəhid anası ( gənc rəssamın nənəsi) Şərafət Ağayeva, Aytacın məzunu olduğu Lerik şəhər 3 saylı orta məktəbin direktoru Validə Mədətova, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Lerik rayon nümayəndəsi Natiq İsaqov, müstəqil jurnalist Hüsaməddin Abbasov sərginin açılışında çıxış edərək rəssamın yaradıcılığından və əsərlərinin gənclərə vətənpərvərlik ruhu aşılamasından danışdılar, gənc rəssama uğurlar arzulandı .
Çıxışların sonunda Aytac Ağazadəyə Lerik Dövlət Rəsm Qalereyası tərəfindən təltif olunmuş diplom, xatirə üçün sərginin afişası və doğmaları, yaxınları tərəfindən hədiyyə və gül dəstələri təqdim olundu.
Sərgiyə baxış keçirildi. Rəsm əsərləri rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanan sərgi bir-neçə gün davam edəcəyi bildirildi.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər