PDF Oxu

Sosial

  • 800

Ailədaxili zorakılığa qarşı

image

Yaqub Ağayev adına Artupa kənd tam orta ümumtəhsil məktəbinin yuxarı sinif şagirdlərinin və müəllim heyətinin iştirakı ilə 29.04.2026-cı il tarixində “Ailədaxili zorakılığa qarşı mübarizə” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən Astara rayon prokuroru, baş ədliyyə müşaviri Əli Əliyev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun müdiri Xədicə Əliyeva və Astara rayon prokurorluğunun böyük müstəntiqi, II dərəcəli hüquqşünas Rəsul Nəhmətov tərəfindən tədbirin keçirilməsində məqsədin cəmiyyəti narahat edən aktual sosial problem olaraq qalan ailə daxili münaqişə və məişət zorakılığına qarşı mübarizəni daha da gücləndirmək, bu sahədə məlumatlılığı artırmaq, insanlarda həssas yanaşmanı formalaşdırmaq, erkən nikahın fəsadlarının insan gələcəyi, sağlamlığı, təhsili və hüquqları ilə bağlı son dərəcə ciddi nəticələrə səbəb olması və zorakılığın cəmiyyət üçün yaratdığı təhlükələrdən bəhs edərək bu kimi maarifləndirici tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış və təkliflər dinlənmişdir.

Digər xəbərlər