PDF Oxu

Sosial

  • 657

Korrupsiyaya qarşı mübarizədə şəffaflığın gücləndirilməsi bu günün tələbidir - FOTO

image

Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində maarifləndirici tədbirdə aparatın Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi Azər Bəhmənov çıxış edərək deyib:- Korrupsiyaya qarşı mübarizə yalnız inzibati və hüquqi tədbirlərlə məhdudlaşmır, eləcə bu istiqamətdə ictimai nəzarət və vətəndaşların məlumatlılığı olduqca vacibdir. Milli Fəaliyyət Planının 6.9-cu bəndinə uyğun olaraq son dövrlərdə televiziya, radio, internet və sosial şəbəkələr vasitəsilə əhalinin maarifləndirilməsi istiqamətində lazımi işlər aparılır. Belə ki, müxtəlif proqramlar, maarifləndirici materiallar, video-çarxlar və sosial media paylaşmaları vasitəsilə korrupsiyanın cəmiyyətə vurduğu zərərlər, hüquqi məsuliyyət və ondan qorunma yolları barədə geniş məlumat verilir.
RİH aparatının Ərazi-təşkilat məsələləri sektorunun müdiri Nahid Həsənov isə öz çıxışında vurğulayıb ki, dövlət qurumlarının və bələdiyyələrin rəsmi internet resurslarında yer alan məlumatlar, infoqrafikalar və videomateriallar vətəndaşların bu sahədə məlumatlılığının artırılmasına xidmət göstərir. Eyni zamanda açıq müzakirələr, dəyirmi masalar və onlayn görüşlər təşkil olunaraq vətəndaş cəmiyyəti nümayəndələri, media və dövlət qurumları arasında fikir mübadiləsi aparılıb. Onu da bildirib ki, maarifləndirmə işləri çərçivəsində hazırlanmış buklet və kitabçalar əhali arasında paylanılıb, vətəndaşların hüquq və vəzifələri sadə və anlaşıqlı formada izah olunub. Bununla yanaşı, sosial media kampaniyalarının genişləndirilməsi, yeni kommunikasiya vasitələrinin tətbiqi və gənclərin bu prosesə daha fəal cəlb olunması əsas prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.
Sonda çıxış edən Viləş kənd bələdiyyəsinin sədri Alim Ələmov qeyd edib ki, həyata keçirilən tədbirlər korrupsiyaya qarşı mübarizədə şəffaflığın gücləndirilməsində, ictimai iştirakçılığın artırılmasında və vətəndaşların hüquqi maarifləndirilməsində əsas rol oynayır.
Zəfər Orucoğlu

Digər xəbərlər