PDF Oxu

Sosial

  • 362

Alimentə görə 2344 nəfər həbs edilib...

image

Alimentə görə həbs cəzası alanların sayı açıqlanıb. SİA xəbər verir ki, bu məlumat Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatı"nda əksini tapıb. Məlum olub ki, 2025-ci ildə aliment ödəməkdən yayınan 4299 (2024-cü ildə 4131) borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilib, 2344 nəfər inzibati qaydada həbs edilib.

Onlardan 3083 (2024-cü ildə 2987) protokol üzrə məhkəmələr tərəfindən müvafiq inzibati tənbeh tədbirləri tətbiq olunub, 2344 (2024-cü ildə 2318) nəfər inzibati qaydada həbs edilib.

Mətləb

Digər xəbərlər