PDF Oxu

Sosial

  • 464

Qarabağa təşkil olunan maarifləndirici və vətənpərvərlik ruhunda tur - FOTOLAR

image

“28 May – Müstəqillik Günü” münasibətilə Yeni Azərbaycan Partiyası Astara və Lerik rayon təşkilatları tərəfindən partiya fəalları üçün Qarabağa maarifləndirici və vətənpərvərlik ruhunda tur təşkil edilib.
İştirakçılar səfər çərçivəsində işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, yeni infrastruktur layihələri və tarixi-mədəni abidələrlə yaxından tanış olublar. Turdan razı qalıb və bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağda, Şərqi Zəngəzurda həyata keçirilən abadlıq, yenidənqurma işləri Azərbaycanın yenilməz gücünü və xalqın milli birliyini bir daha nümayiş etdirir.
Eləcə səfərdə olanlar Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla anıb, ölümsüzlüyə qovuşan qəhrəmanların döyüş zamanı göstərdiyi şücaətindən qürur duyduqlarını deyiblər .
YAP Astara və Lerik rayon təşkilatlarının birgə təşəbbüsü sayəsində baş tutan səfərin əsas məqsədinə gəldikdə isə, burada gənclərdə və partiya fəallarında vətənpərvərlik hisslərinin daha da gücləndirilməsi, dövlətçilik ənənələrinin təbliği, eləcə Qarabağın dirçəlişi prosesini yaxından izlənilməsi oldub.
Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Arzu Şirinovanı 65 illik yubileyi münasibəti ilə təbrik edib.
Təbrikdə deyilir:
“Dəyərli Arzu xanım!
Siz, siyasi fəaliyyətiniz boyu daim birləşdirici missiya daşımağa çalışmış, qurucu üzvlərimizdən olaraq, partiyamızın inkişafı üçün səy göstərmisiniz.
Uzun illər jurnalist fəaliyyətinizdə də peşəkar yanaşmanız, maraqlı yazılarınızla yadda qalmısınız.
İnsan kimi səmimiyyətiniz, güclü xarakterə sahib olmağınız, tutduğunuz yola, əqidənizə sadiqliyiniz hər kəs üçün nümunədir.
Sizi yubileyiniz münasibətilə təbrik edir, möhkəm cansağlığı və uğurlar arzulayıram!”.

Digər xəbərlər